Azərbaycanla bağlı ziddiyyətli hesabatlar: Onları necə hazırlayırlar?
Beynəlxalq reytinq agentliklərinin ölkələrin göstəriciləri ilə bağlı yaydığı hesabatlar bir-birindən kifayət qədər fərqlənir.Azərbaycanın iqtisadi inkişafı ilə bağlı son olaraq yayılan məlumatda, yəni MDB ölkərlərinin iqtisadi inkişaf göstəricilərində -1.7 faiz göstərilib. Ancaq bir ay beynəlxalq reytinq agentliyinin, “S&P”nin proqnozuna görə, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5, 2018-ci ildə 3,5, 2019-cu ildə 2,5, 2020-ci ildə isə 2,5 faiz artacağı qeyd olunub. “Fitch” agentliyinin də rəqəmi 2.7 faiz təşkil etdiyini bildirib.Rəqəmlərin ziddiyyət təşkil etməsi reytinq agentliklərinin fəaliyyətini gündəmə gətirir.Açıqlanan rəqəmlərin qərəzli olması və ya həqiqəti əks etdirməsi məlum deyil.Maraqlıdır, reytinq agentlikləri bu rəqəmləri hansı meyarlar üzrə hesablayırlar?Niyə açıqlanan rəqəmlər bir-biri ilə ziddiyyət təşkil edir?
İqtisadi-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bunun bir sıra səbəblərinin olduğunu deyib. Ekspert hesab edir ki, reytinq agentliklərinin açıqladığı rəqəmlər iqtisadiyyatın sahələrinə uyğun olaraq dəyişir:“Əgər reytinq agentlikləri hesablamalarda istifadə etdikləri rəqəmləri rəsmi mənbələrdən, yəni Dövlət Statistika Komitəsindən götürürlərsə, təbii ki, pozitiv rəqəmlər əldə etmək mümkündür. Digər tərəfdən araşdırmanın və ya sorğunun hansı səviyyədə aparılması əsas götürülməlidir.Ola bilər ki, hansısa sahələr üzrə məlumatlar götürülür və mikrosəviyyədə müsbət nəticə alınır.Ancaq ümumiyyətlə makroiqtisadi səviyyədə götürsək, şübhəsiz ki, mənfi tendensiya olmalıdır.Yəqin ki, bu agentliklər də eyni qayda da hesablamalar aparıblar ki, müsbət nəticə əldə olunub.Ancaq həqiqətdə nəticə belə deyil.Belə çıxır ki, rəsmi rəqəmlərə istinad edəndə müsbət, müstəqil araşdırma aparanda isə mənfi nəticə alınır. Digər tərəfdən ola bilər ki, aparılan sorğu makroiqtisadi səviyyədə bütün sahələri əhatə etmir. Məsələn, kənd təsərrüfatını götürsək, son dövrlər bu sahədə dinamik artım gedir.Azərbaycanda hansısa sahədə müsbət nəticə varsa, hər kəs biznesini o sahədə qurur.Bu baxımdan kənd təsərrüfatında artım var. Burada söhbət sahibkarların xeyir əldə etməsindən yox, bu sahədə işləyənlərin artmasından gedir.Çox güman ki, bu baxımdan reytinq təşkilatları müsbət nəticə əldə edirlər.Makroiqtisadi sahədə isə müsbət nəticə əldə etmək mümkün deyil”.
Vilayət Muxtar
Tarix: 15-10-2017, 23:38