Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Musavat.com Ermənistan mətbuatına istinadən erməni siyasətçi və politoloqlarının fikir və rəylərini oxuculara təqdim edir.
Ermənistanda bu görüşlə bağlı sürpriz nəticənin, vacib qərarların alınmasını gözləyən azdır. Bunu iqtidarda olan Respublika partiyasının üzvü,Ermənistan Milli Assambleyasının Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Koryun Nahapetyan jurnalisilərlə söhbəti zamanı ifadə edib.
O, təmas xəttində Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin (?!) görüş üçün yaxşı əsaslar vermədiyni söyləyib.
“Çətin ki yaxın vaxtlarda onlar bu siyasətlərini dəyişsinlər, ancaq istənilən halda biz danışıqların hansı gedişat aldığını gözləməliyik və mümkündür ki, müəyyən sürprizlər olsun”, - Nahapetyan qeyd edib.
Bununla belə, Nahapetyan yaxın vaxtlarda Dağlıq Qarabağa bitişik ərazilərin Azərbaycana qaytarılması barədə danışıqlaırn baş tutmasını qeyri-mümkün hesab edib.
K.Nahapetyan Ermənistanın yenə də sərhəddəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasında israr edəcəyini vurğulayıb.
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Azərbaycan tərəfinin danışıqlarda diktə edən tərəf kimi özünü göstərməyə çalışdığını bildirib. O, bununla Azərbaycanın Vyana və Sankt-Peterburq danışıqlarında əldə olunan razılaşmalara əməl etmək istəmədiyini deyib.
Ermənistanın hakim Respublika partiyasından digər deputatı, xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan da Nahapetyanın sözlərini təkrarlayıb. O, ATƏT-in müşahidəçi missiyasının rolunun gücləndirilməsini, həmçinin insidentlərin araşdırılması mühitinin qurulmasını istəyəcəklərini söyləyib.
“Təmas xəttində atışmalar davam etdikcə danışıqlar baş tuta bilməz. Ortada bir məsələ var: ya müharibə, ya da danışıqlar. Ermənistan öz sözünün üstündə durmağı bacaralıdır”. Bu sözlər politoloq Ovannes İgityana aiddir.
“Əgər kimsə fikirləşirsə ki, Cenevrədə İlham Əliyev və Serj Sərkisyan problemi nizamlamaq üçün danışıqlar aparcaq, şəxsən mənim belə bir gözləntim yoxdur”, - parlamentin keçmiş deputatı, politoloq Tevan Poqosyan qeyd edib.
Onun sözlərinə görə, bu görüş daha çox ATƏT-n Minsk Qrupunun həmsədrlərinin ricasına yönəlik bir jestdir. Çünki bu görüşlər olmazsa həmsədrlər institutunun da varlığının da bir mənası olmaz.
Tevan Poqosyan görüşdə maksimum Sankt-Peterburq və Vyanadakı görüşlərdə razılaşdırıldığı iddia olunan mexanizmlərin daxil edilməsi müzakirə oluna bilər.
Politoloq Qagik Ambaryan isə Ermənistanın bu görüşdən imtina etməli olduğunu düşünür.
“Mən İlham Əliyev və Serj Sərkisyan arasında görüşlərə qəti surətdə qarşıyam. Azərbaycan tərəfi nə qədər ki insidentlərin araşdırlması mexanizmlərinn tətbiqinə razılaşmayıb bu görüş baş tutmalı deyil. Çünki bu mexanizmlərin münaqişə zonasına daxil olunması bizim üçün çox vacibdir”,- erməni politoloq bildirib.
Ambaryan bu görüşlə Sərkisyanın geri addım atdığını düşünür:
“Bu vaxta qədər əldə olunan razılaşmalara əməl olunmadığı təqdirdə danışıqların mümkünsüzlüyünü söyləyən biz deyildikmi...İnid belə çıxır ki, biz geri addım atırıq. Nə qədər ki gec deyil, Sərkisyan görüşdən imtina etsin”.
Politoloq Soçidə keçiriləcək MDB ölkələrinin sammiti ərəfəsində Azərbaycan tərəfinin yenə də bir erməni əsgərini öldürdüyünü xatırladıb:
“İlham Əliyev Serj Sərkisyanı belə salamlayıb. Bundan başqa, onsuz da gələn ilin aprelində Sərkisyan vəzifəsindən gedir. Qoy görüş barədə gələcək prezident düşünsün”.
Musavat.com
Tarix: 16-10-2017, 10:35