Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair üzə çıxan yeni dəlillərə əsasən bu əməliyyatda sosial şəbəkələrdən də geniş istifadə edilib. Rusiya xüsusi xidmət orqanlarına bağlı trollar Facebook, İnstagram və Twitter-də çoxsaylı qruplar yaradaraq ABŞ-dakı seçki kampaniyasında demokratların əleyhinə təbliğat aparıblar.

Hazırda Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə Trampın xeyrinə müdaxilə zamanı sosial şəbəkələrdən də istifadə etməsini xüsusi prokuror Robert Müllerin komandası və Konqresin xüsusi komissiyası araşdırır. Virtualaz.org xəbər verir ki, RBK jurnalının araşdırmasına əsasən Amerika seçkilərinə müdaxilə edən trollara rəhbərlik edən azərbaycanlıdır, onun cəmi 27 yaşı var.

Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

RBK-nın araşdırması nəticəsində Facebook, İnstagram və Twitter-də ABŞ seçkilərində kampaniya aparan 118 qrup aşkar edilib. Həmin qrupların hamısı bu ilin avqust-sentyabr aylarında Rusiyanın seçkilərə müdaxiləsinə dair təhqiqat çərçivəsində bloklanıb. Məlum olub ki, sosial şəbəkələrdəki həmin səhifələr və qruplar Sankt-Peterburqun Savuşkin küçəsi, 55 nömrəli evdən idarə olunub. Həmin evdə Rusiya xüsusi xidmət orqanlarının “trollar fabriki” yerləşir. RBK həmin “fabrikin” administrator panellərinin skrinşotlarını əldə edib və oradan həmin qrupun Amerika seçkilərində necə qara piarla məşğul olduğu görünür.

Qrup əsasən Amerikada irqi ayrı-seçkilik problemini qabardıb, habelə qeyri-leqal miqrasiya, silahlara nəzarət və Texasın suverenliyi kimi demokratların əleyhinə olan amma respublikaçı elektorata xoş gələn mövzularda təbliğat aparıb. Amerika seçkilərinə müdaxiləyə hazırlıq 2015-ci ilin yazından başlayıb. Bunu “fabrikin” keçmiş əməkdaşı deyib. Əvvəlcə qrupda 30 adam işləyib, lakin 2016-cı ilin yayında ştat sayı 80-90 nəfərə çatdırılıb. Trollar gecə növbəsində də işləyiblər, amerikalılar isə bu qruplarda qurama xəbərlər paylaşanların okeanın o tayında yerləşdiyindən xəbərsiz olublar.

Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

Həmin binada yerləşən “trollar fabriki”nin “Amerika şöbəsinə” 27 yaşlı Azərbaycan sakini Ceyhun Aslanov rəhbərlik edib. RBK Ceyhun Aslanovun teleqram-çatından götürülmüş və “trolların” ABŞ-dakı işinin ilkin nəticələrinin müzakirə olunduğu yazışmalara malikdir. Aslanov Sankt-Peterburqa 2000-ci illərin sonunda İrkutsk vilayətindən gəlib, Hidrometerolgiya İnstitutunda iqtisadçı ixtisası üzrə oxuyur. Təhsil müddətində bir neçə ay ABŞ-da yaşayıb, Londonda olub. Aslanov özü isə “trollar fabriki” ilə hər hansı əlaqəsini inkar edir.

RBK bildirir ki, trolların illik maaş büdcəsi 1 milyon dollar olub. Vəsaitin xeyli hissəsi Facebok reklamlarına xərclənib.


Tarix: 17-10-2017, 16:26
Xəbəri paylaş





Xəbər lenti