“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsi ilə başlarını üstündə günəşin doğduğu gürcülər artıq iki əsr yarımdan çoxdur ki, azərbaycanlıların əksəriyyət təşkil etdiyi tarixi Borçalı mahalını istədikləri kimi idarə edirlər. İki qonşu xalq arasında eniş-yoxuşun müxtəlif mərhələlərindən keçən münasibətlər hazırda yeni çalarlar almaqdadır.

Sovetlərin 71 illik hakimiyyəti başa çatar-çatmaz "xalqların qardaşlığı”, "hamımız qafqazlıyıq” və sair kimi deyimlərin real həqiqətdə lətifələrin sujet xəttindən o yana getmədiyi yenidən aydın oldu. Ancaq Gürcüstanda ictimai-siyasi sabitliyini mövcud olmadığı, Abxaziyada, Cənubi Osetiyada açıq separatçılıq hərakatlarıın baş qaldırdığı, ölkənin suverenliyi pozulduğu günlərdə azərbaycanlılar yaşadıqları ölkəyə sadiq vətəndaş olduqlarını əməlləri ilə sübuta yetirdilər. Heç zaman Gürcüstan dövlətinin ərazi bütövlüyünün pozulmasına təşəbbüs göstərmədilər. Əksinə dövlətin gücləndirilməsi üçün rəsmi Tiflisin əsas dayağına çevrildilər.


Təəssüflər olsun ki, bu münasibətlər heç də qarşılıqlı xarakter daşımayıb. Gürcüstan 1991-ci ildə müstəqliiyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Burada birmənalı olaraq əsas məqsəd yerli azərbaycanlı əhalini uzaq tarixi keçmişi ilə birləşdirən bütün mənəvi, ictimai, siyasi bağları qırmaq, onlara bura gəlmə olduqlarını təlqin etmək və milli mənşəyi ifadə edən mədəni-tarixi abidələri dağıtmaq idi.

Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredo, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı. Xrami çayına Bolnisidə «Kçiya» adı verildi. Bütün bunlar azmış kimi Gürcüstan hakimiyyəti 1992-ci ilin oktyabrın 11-də keçirilən parlament seçkilərində bir nəfər azərbaycanlının belə qanunverici orqanda təmsil olunmasına imkan vermədi. Gürcüstanda rəsmi dövlət qəzeti olan «Sakartvelos Respublika» 10 iyun 1992-ci il tarixli sayında öz torpaqlarında yaşayan, gürcülərin hər zaman xoş münasibət gördüyü türklərin tarixinə və mənəviyyatına vurulan bu zərbəni "Tarixi həqiqətin zəfəri” adı altında sevinclə xəbər verirdi. Qamsaxurdiyanın prezidentliyi dövründə və Şvarnadzenin hakimiyyətini ilk illərində hökm sürən özbaşınalıq, qanunsuz silahlı dəstələrin mövcudluğundan ən çox əziyyət çəkən azərbaycanlılar oldu. 1988-ci ildə sayları yarım milyonu keçən soydaşlarımız kütləvi surətdə iş yerlərini itirir, getdikləri hər yerdə ölkəni tərk etmələri üçün təhdid olunurdular. Onlarla azərbaycanlı qeyd iolunan illərdə silahlı, kriminal dəstələrin silahlı hücumuna məruz qalaraq öldürüldü. İnsanlar doğma evlərinə nə qədər bağlı olsalar da, ağır sosial, kriminal, siyasi vəziyyətdən yaxa qurtarmaq üçün Azərbaycana və Rusiyanın müxtəlif vilayətlərinə üz tutmalı olurdular. Qeyd olunan tarixdən artıq 30 ilə yaxın müddət keçsə də, soydaşlarımızın sayı hələ də gəlib ötən əsrin 80-ci illəriin sonundakı rəqəmə yaxınlaşa bilməyib.

Eduadr Şvarnadzenin 10 ilən yaxın davam edən hakimiyyəti dövrünü daha çox Gürcüstanda sabitliyin təmin olunması mərhələsi adlandırmaq olar. Ancaq bu dövrdə də istər yerli icra hakimiyyətlərində, istərsə də ölkə parlamentində azərbaycanlıların təmsilçiliyi dekorativ xarakter daşıyırdı və onların yüz minlərlə soydaşının həyatında mövcud olan mədəni, sosial, siyasi və digər onlarla problemin həllinə təsir imkanı yox idi.

2003-cü ilin Qızılgül inqilabı Gürcüstanın bütün əhalisinin, o cümlədən də azərbaycanlıların vətəndaş hüquq və azadlıqlarının kağız üzərindən real həyata keçməsi, diskriminasiya elementlərinin azaldılması, kriminal elementlərin tamamilə ləğv olunması, korrupsiyanın kökünün kəsilməsi ilə yadda qaldı. Təsadüfi deyil ki, təqribən 15 illik çətin və o qədər də xoş olmayan vəziyyətdən sonra Saakaşvilinin apardığı kompleks islahatların nəticəsi olaraq həyatlarında baş verən müsbət dəyişiklikləri Gürcüstan azərbaycanlıları hələ də unutmurlar. Məhz bu amillərə görə artıq neçə illərdir azərbaycanlıların verdiyi səslər müxalifətdə olmasına baxmayaraq, Mexail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərakat Partiyasının (VMHP) seçki göstəricilərində önəmli paya malikdir.

Etiraf etmək lazımdır ki, Gürcüstan əhalisinin, o cümlədən də azərbaycanlıların 1 oktyabr 2012-ci il parlament seçkilərində Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan Arzusu-Demokratik Gürcüstan seçki blokunun deputat mandatlarının yarıdan çoxunu qazanması ilə hakimiyyətin yeni siyasi qüvvənin əlinə keçməsindən də xeyli gözləntiləri vardı. Ancaq indi qısa təhlilə cəlb etdiyimiz bəzi məsələlər hakim "Gürcü Arzusu” partiyasından olan hakimiyyət sahiblərinin azərbaycanlıları Qızılgül inqilabından əvvəlki illərdə olduğu kimi ikinci sinif millət görməsinin aydın sübutudur.

Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Kvemo-Kartli (Borçalı) bölgəsində əldə olunan siyasi nəticə hakim "Gürcü Arzusu" partiyasını necə deyərlər ümüdləri yüklənən gəmiləri sularda batırdı. Gürcüstan müstəqillik əldə edəndən 2012-ci il seçkilərinədək adətən mütləq əksəriyyəti hakimiyyətdə olan partiyaya səs verən və əlahiddə siyasi fəallığı ilə seçilməyən azərbaycanlıların 2016-cı ilin oktyabr seçkilərində nümayiş etdirdiyi siyasi iradə hakim partiya üçün o qədər də gözlənilən olmadı. Marneuli (Sarvan) başda olmaqla Kvemo-Kartli bölgəsində azərbaycanlıların ortaya qoyduğu siyasi mövqe onların Gürcüstanın siyasi palitrasında daha böyük paya sahib olmaq, ölkənin idarəçiliyində daha fəal şəkildə iştirak etmək iddialarının ilkin simptomlarının açıq nümayişi oldu.Təbii ki, İvanaşvili iqtidarı bunu ciddi təhlil etməyin vacibliyini gözardı etmədi.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL
Keçmişi kriminal elementlərlə, bugünü isə biznes elementləri ilə zəngin olan svan əsilli Tamaz Naverianinin hakim partiya tərəfindən 2016-cı ilin oktyabr seçkilərində Marneulidəkı 2 majoritar seçki dairələrinin birindən deputatlığa namizəd göstərilməsinin nəticəsi İvanaşvili iqtidarı üçün ciddi başağrısına çevrildi. Azərbaycanlılar, xüsusən gənclər arasında qısa müddətə papulyarlaşan, yerli sakinlərin hələ 2014-cü ildə Marneuli perefektliyi uğrunda apardığı kəskin seçki mübarizəsi ilə yaddaşda qalmağı bacaran Vahid Milli Hərəkat Partiyasının deputatlığa namizədi Əhməd İmamquliyevi dövlətin bütün inzibati resurslarının Tamaz Naverianin xeyrinə cəlb olunmasına, seçicilərin hüquq-mühafizə orqanları tərəfindən açıq təhdid olunmasına baxmayaraq, ilk iki mərhələdə məğlub etmək mümkün olmadı. Əhməd İmamquliyev bütün gürcüstana səs salan seçki mübarizəsi ilə 48% səslə rəqiblərinə qalib gəldi. Seçki günü Sarvanın ən böyük kəntlərindən olan Qızılhacılıda hakim partiyadan olan seçki komiisiyası üzvlərinin və icra qurumlarının seçki saxtakarlığı cəhdinə qarşı yüzlərlə insan dinc etiraza, üsyana qalxdı. Marneuli şəhəri boyunca yürüşə çıxan yüzlərlə azərbaycanlı nəinki bütün Gürcüstanın, həmçinin Azərbaycanın, hətda Avropa ölkələri və ABŞ mediasının da diqqətini çəkməyi bacardı. "Gürcü Arzusu” Partiyası iqtidarı Qızılhacılı kəndində seçki saxtakarlığına etiraz edən azərbaycanlılardan 6 nəfəri dərhal həbsə aldı. Rayona xüsusi təyinatlı silahlı qoşun dəstələri yerləşdirildi və qeyri-rəsmi fövqaladə vəziyyət rejimi yaradıldı. Buna paralel olaraq müxalif Vahid Mili Hərakat Partiyasının azərbaycanlı namizədinin seçki qərargahına bu və digər şəkildə yardım edən bütün sahibkarlıq fəaliyyəti ilə məşğul olan yerli azərbaycanlılar müxtəlif əsassız bəhanələrlə yüz minlərlə lari məbləğində vergi sanksiyasına cəlb olundu. Seçkinin III turunda bütün inzibati orqanların seçiciləri total şəkildə qorxu altında saxlamsı və külli miqdarda sərf olunan maliyyə vəsaitinin hesabına Tamaz Naverianini nəhayət ki, deputat mandatı ilə təmin etmək mümkün oldu.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

Bolnisidə (Çörük Qəmərlidə) yenə müxalif VMHP-nın deputatlığa majoritar namizədi 27 yaşlı Samirə İsmayılova hakim partiyanın nümayəndələrinin xüsusi gərginlik yaratmaq cəhdlərindən uğurla yayınaraq seçicilərin yarıdan çoxunun səsini almağı bacardı. Ancaq burada da Gürcüstan hakimiyyəti seçkinin nəticəsini 41 nömrəli "Gürcü Arzusu” Partiyasının milliyətcə erməni olan, özünü svan kimi təqdim edən namizədi, rayonun icra başçısı (qamqabeli) vəzifəsindən az əvvəl istefa verən Qoqo Mishveanilinin xeyrinə saxtalaşdıraraq daha bir azərbaycanlının parlamentdə təmsil olunmaq hüququnu əlindən aldı.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

İki sutka sonra Gürcüstanda növbəti yerli seçkilər keçiriləcək. Yeni qaydada keçiriləcək seçkilərdə seçicilər 5 şəhər və 59 rayonda mer, eləcə də 64 bələdiyyə məclisinin üzvlərini, ümumilikdə 2058 yerli deputatı seçəcək. 3 milyon 440 min 123 seçicinin qeydə alındığı marafona 22 partiya və 5 blok qatılıb. Bələdiyyə məclislərinin 1088 deputatı majoritar sistemlə, 970 üzvü partiya siyahıları üzrə seçiləcək. Mer postları uğrunda mübarizəyə 44-ü qadın olan 378 namizəd qoşulub. Oktyabrın 21-də keçiriləcək seçkilərdə bülletenlər üç rəngdə (mavi, çəhrayi və açıq yaşıl) çap olunaraq seçicilərin ixtiyarına veriləcək. Birinci-mavi rəngdə, partiyanın və seçki blokunun seçilməsi üçün, ikinci-çəhrayı rəngdə, bələdiyyə məclisinin (sakrebulo) majoritar üzvünün seçilməsi üçün, üçüncü- açıq yaşıl bülleten - şəhər meri və ya özünü idarəetmə orqanının seçilməsi üçün. Soydaşlarımızın yığcam şəkidə yaşadıqları rayonlarda yaradılan 208 seçki məntəqəsində seçki büllütenləri qarışıq – gürcü və Azərbaycan dilində olunacaq.

Təəssüflər olsun ki, yaşadığı torpaqların minillərdir yerli sakinləri olan azərbaycanlılara qarşı olan açıq siyasi diskirminasiya siyasəti siyasi proseslərin həyacanın artdığı hazırkı ərəfədə nəinki azalıb, əksinə bu seçkilərdə daha mənfi çalarları ilə özünü büruzə verməyə başlayıb. Bu arzuolunmazlığı hakim "Gürcü Arzusu" Partiyasının bu ilki yerli seçkilərdə azərbaycanlılara və ermənilərə münasibətində olan fərqdə daha asanlıqla görmək mümkündür. "Gürcü Arzusu" partiyasının əhalisinin əksəriyyətini ermənilər təşkil edən iki rayonu üzrə merliyə namizədləri və bələdiyyə (sakrebulo) üzvlüyünə proporsional siyahı ilə irəli sürdüyü namizədlərin seçilmək ehtimalı yüksək olan ilk onluğu demək olar ki, hamısı yerli ermənilərdən ibarətdir. Hakim partiya Axalkalaki rayonunun meri vəzifəsinə İurik Unanyanın, Ninotsminda rayonunun meri vəzifəsinə isə Anivard Mosoyanın namizədliyini irəli sürüb.

1.Axalsixi (Axalkələk);

1.Nairi İriçian
2.Gaioz Lomsadze
3.Armine Minasian
4.Melkon Makarian
5.Otar Eranosian
6.Robizon Ğavrelişvili
7.Seda Melkumian
8.Grigor Cormutian
9.Hovik Muradian
10.Armen Unanian



2. Ninocminda;

1.Sumbat Kiureğian
2.Giorgi Zmoian
3.Nato İremadze
4.Konstantin Vardanian
5.Vaan Aroian
6.Samvel İriçian
7.Seda Darbinian
8.Andranik Xaçatrian
9.Manvel Abgarian
10.Joni Beridze



"Gürcü Arzusu" partiyasının əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Marneuli və Bolnisi rayonları üzrə merliyə namizədlərindən biri və bələdiyyə (sakrebulo) üzvlüyünə proporsional siyahı ilə irəli sürdüyü namizədlərin seçilmək ehtimalı yüksək olan ilk onluğu demək olar ki, hamısı gürcülərdən ibarətdir:

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

1. Marneuli (Sarvan):

1.Amiran Giorgadze
2.Besik Gelenidze
3.Mamuka Naveriani
4.Nikoloz Gogojuri
5.Nodari Mtvarelidze
6.Zurab Fangani
7.Givi Giorgadze
8.Davit Xuçişvili
9.Nikoloz Mumladze
10.Tornike Goglidze



2. Bolnisi (Çörük Qəmərli)

1.Tamaz Jorjoliani
2.Giorgi Mirianashvili
3. İana Beriani
4.Araz Bayramov
5.Beka Cakadze
6.Ibrahim Qasimov
7.Natela Svanidze
8.Tariel Cxetiani
9.Davit Caparidze
10.Tamaz Chubinidze

.
2012-ci ildən Gürcüstanda hakimiyyətdə olan, verdiyi sosial, siyasi vədlərin mütləq əksəriyyətini həyata keçirməyən "Gürcü Arzusu" partiyası Gürcüstanın iki regionu arasında açıq fərq qoyaraq ermənilərin siyasi iradəsinə hörmətlə yanaşır, azərbaycanlıların isə yerli səviyyədə belə ölkə idarəçiliyində iştirakının qarşısını almaq üçün bütün imkanlarından istifadə etməkdən çəkinmir. Ekspertlərin ciddi arqumentlərə söykənərək skeptik yanaşdığı, ancaq rəsmi rəqəmlər olduğundan bizim də istifadə etdiyimiz statistikaya görə 2014-cü il siyahıalınmasına əsasən Gürcüstanda 233 min azərbaycanlı yaşayır. İqtidarda olan "Gürcü Arzusu” partiyası 2017-ci il 21 oktyabr seçkilərində 105 min əhalisi olan Marneuli (Sarvan) icra hakimiyyətinin başçısı (yeni qanuna görə mer) vəzifəsinə Amiran Giorgadzenin, 82 min əhalisi olan Qardabanin merliyinə (Qaratəpə) Ramaz Budaqaşvilinin, 54 min əhalisi olan Bolnisinin (Çörük Qəmərli) merliyinəDavit Şerazadişvilinin, 20 min əhalisi olan Dmanisi (Başkeçid) merliyinə Giorgi Tatuaşvilinin namizədliyini irəli sürmüşdü. Qeyd olunan 4 rayonun hər birinin əhalisinin 50+1 hissəsi (bu rəqəm 60%-dən 90%-dək dəyişir) azərbaycanlılar təşkil edir. Kvemo-Kartli regionunda dövlət qurumlarında və bələdiyyədə çalışanların yalnız 17%-i etnik azlıqlardır. Hazırki Gürcüstan hakimiyyətinin azərbaycanlılara real münasibətini açıq göstərən bu rəqəmlər ölkədə etnik azlıqlara, bilavasitə azərbaycanlılara münasibətdə rasizm elementlərinin baş qaldırdığının göstəricisidir.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

Siyahılar açıqlandıqdan sonra yerli ictimaiyyətin təpkisinin get-gedə artdığını görən və ötən ilki seçkidəki kimi yerli azərbaycanlı seçicilərdən yetərli səsi ala bilməyəcəyinə əmin olan Gürcüstan iqtidarı yalnız Marneulidə mer vəzifəsinə namizədini Marneulili olmayan, qapalı dairələrdə milliyətcə kürt kimi tanınan və hər hansı siyasi fəaliyyəti ilə indiyədək diqqəti çəkməmiş Teymuraz Abbasovla əvəzləməyə qərar verdi. Yerli siyasi fəalların bir çoxu indiyədək hər hansı siyasi fəaliyyəti, rayonla bağlılığı olmayan, azərbaycan dilində çox zəif nitqə malik olan Teymuraz Abbasovun seçkilərdə qalib gəlsə belə sakrebulonun tamamilə gürcülərdən ibarət tərkibi qarşısında heç bir real səlahiyyətə malik olmayacağını, dekorativ olaraq "azərbaycanlı mer” statusu daşıyacağını iddia edirlər. Ərazisində həllini gözləyən yüzlərlə problem mövcud olduğu halda Marneuli bələdiyyəsi 2014-2016-ci illər ərzində, yəni üç il dövlətin Marneuli üçün ayırdığı 28 milyon larinin 14 milyonunu dövlətə geri qaytarıb. Marneulinin mərkəzini və kəntlərini yaxından tanıyan istənilən şəxs azərbaycanlıların böyük bir hissəsinin yeganə dolanışıq yeri olan əkinçiliklə məşğul olmaq üçün vacib olan suvarma suyuna olan kəskin tələbatının ödənilməsi üçün 14 milyon lariyə hansı işlərin görmək mümkün olduğunu yaxşı anlayır. Marneulidəki azərbaycanlıların sosial-iqtisadi durumunun gərgin vəziyyətdə saxlanılması üçün bütün "bacarığını” sərf edən və seçkiyə bir ay qalmış növbəti dəfə namizəd göstərilmədiyi üçün istefa verən "Gürcü Arzusu” partiyasından olan Merab Topçişvilinin geridə buraxdığı "irsə” azərbaycanlılar artıq səs vermək istəmirlər. Bu cəhətdən həftənin altıncı günü keçiriləcək seçkilərdə nəticələrin saxtalaşdırılmayacağı halda Marneulidə hakim "Gürcü Arzusu” partiyasının məğlubiyyəti güman ki, özləri üçün də surpriz olmayacaq.

Ekspertlər "Gürcü Arzusu” partiyasının bu addımını rasizm və islamafob baxışlarının güclü olması, azərbaycanlıları II sinif vətəndaş kimi görmək, Azərbaycanla münasibətdə birtərəfli qaydada ucuz mənafe arxasınca qaçmaq və digər bu kimi səbəblərlə əlaqələndirirlər. Gürcüstanın bir sıra vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə Kvemo-Kartilə azərbaycanlıların mütləq üstünlük təşkil etdiyi Marneuli sakrebulasının seçilməsi mümkün olan ilk 12 nəfərlik proporsional namizədlər siyahısına azərbaycanlıları salmamasını bu etnosa qarşı açıq təhqir və saymamazlıq kimi dəyərləndirirlər.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? - TƏHLİL

Dünən Azərbaycandan şou-biznes nümayəndələrinin iştirakı ilə Marneulinin mərkəzində təşkil olunan konsertə 100 min dollardan artıq vəsait sərf edən "Gürcü Arzusu” partiyasının yerli nümayəndələri bu vəsaitini yarısını xərcləməklə rayonun bir sıra kəntlərində əhalinin ciddi ehtiyac duyduğu əkin sahələrinin suvarılması üçün lazım olan su xəttlərinin çəkilməsinə, arxların qurulmasına yönəldə bilərdi. Ancaq hazırki mənzərədə onların məqsədinin vətəndaşlara xidmət və yaxud onları növbəti 4 ildə də social çətinliklərlə baş-başa buraxmaq olduğunun xüsusi şərhə ehtiyacı yoxdur.

Seçkilərdə azərbaycanlı namzədlərə daha çox yer ayıran və və müəyyən sayda mandat əldə etməsi real olan iki partiya var. Bunlar ötən ilin parlament seçkilərinədək vahid siyasi təşkilat olan Vahid Milli Hərakat (VMHP) və "Avropa Gürcüstanı” partiyalarıdır.
VMHP-nın Marneuli üzrə bələdiyyə üzvlüyünə partiya siyahısı ilə irəli sürülən namizədlər siyahısına Rəhim Əsgərov başçılıq edir. VMHP-nin siyahısında digər bir neçə azərbaycalı da yer alır. Ancaq VMHP-nin Marneuli sakrebulosuna namizədliyi irəli sürdüyü şəxslər demək olar ki, gürcü dilini bilməyən və siyasi performansları ilə publikanın diqqətini indiyədəl toplamağa müvəffəq olmamış adamlardır.

"Avropa Gürcüstanı” partiyasının Marneuli üzrə partiya siyahısının ilk onluğu aşağıdakı şəxslərdən ibarətdir:

1.Əhməd İmamquliyev
2.Azad Kərimov
3.Adil Qurbanov
4.Anar Kalaev
5.Anar Zeinalov
6.Farik Mursakulov
7.Niko Kveladze
8.Mehparə Suleymanov
9.Şafiqa Kasumova
10.Kamalə Darğalı.


Vahid Milli Hərəkat Partiyasının Bolnisi üzrə partiya siyahısının ilk onluğuna bu şəxslər daxildir:

1.Samire Ismayilova
2.Ismayil Mamedov
3.Fazil Mamedov
4.Anzor Sainidze
5.Ates Musayev
6.Arif Yusubov
7.Valeh Zeynalov
8.Mayvala Giorgadze
9.Naziko Oqriashvili
10.Mahal Əliyev


"Avropa Gürcüstanı" partiyasının Bolnisi üzrə partiya siyahısının ilk onluğu aşağıdakılardan ibarətdir:
1.Ramiz Sofuyev
2.Giorgi Daushvili
3.Xeleddin Ismayilov
4.Aza Memanishvili
5.Tural Aliyev
6.Zulfiqar Ibrahimov
7.Elimdar Miriyev
8.Natevan Zamanova
9.Movlud Ismayilov
10.Leila Nadirova


Azərbaycanlılar yaşayan rayonlarda əhalinin yarıdan çoxunu təşkil edən qadınların seçkili orqanlarda təmsilçilik faizi Gürcüstanın digər bölgələrinə nisbətən çox aşağıdır. Marneuli üzrə seçki nəticələrini analiz etdikdə isə məlum olur ki, seçkilərdə iştirak edən merliyə namizədlərdən yalnız 1 nəfəri qadındır ki, onun da seçki kampaniyası çox zəifdir. Eyni zamanda onun namizədliyi nüfuzlu partiya tərəfindən irəli sürülməyib, bu cəhətdən onun hər hansı uğurlu nəticə göstərmə imkanı sıfıra bərabərdir.

Azərbaycanlıların çoxluq təşkil etdiyi yuxarıda adları çəkilən 4 rayonda seçkilərdən danışarkən diqqəti çəkən digər bir maraqlı nüans isə dairə seçki kommissiyalarının etnik tərkibidir. Bu siyahıya baxanda adam Gürcüstanın sanki ultra-millətçi, irqçi bir siyasi qüvvə tərəfindən idarə olunduğu qənaətinə gəlir. Azərbaycanlıların əhalinin yarıdan çoxunu təşkil etdiyi 4 rayondakı DSK-ların tərkibində bir nəfər belə soydaşımız yoxdur. Bu İvanaşvilinni hakimiyyət komandasının azərbaycanlılara etimadsızlığının bariz göstəriclərindən biridir.

I) Marneuli Dairəsi SeçkiKomissiyasının üzvləri:

1. Asanidze İakob
2. Giorgadze Aleqsandre
3. Çxitunidze Elguca
4. Kvaraçxelia İrakli
5. Davitaşvili Aleqsandre
6. Kupraşvili Soso
7. Kirvalidze Nino
8. Mirotadze Davit
9. Qveladze Laşa
10. Donadze Besik
11. Avqopaşvili Xatia
12. Gelaşvili İamze
13. Amiranişvili Teimuraz


II)Qardabani seçki dairəsi komissiyasının üzvləri:

1. Beruaşvili Nodari
2. Egadze Revaz
3. Samckuaşvili Lika
4. Bendeliani Ketino
5. Mandzulaşvili Tea
6. Egadze Maia
7. Arcakeli Tornike
8. Nadiraşvili Megi
9. Dalaqişvili Tamari
10. Dixamindzia Giorgi
11. Esiava Nato
12. Qoqiaşvili Lilia
13. Tuxaşvili Teimuraz.


III)BolnisiDairə SeçkiKomissiyasının üzvləri:

1. Qurdiani Rusudan
2. Sxirtladze Davit
3. Cipiani Tea
4. Mikeladze Leo
5. İsiani Viktori
6. Berianidze Besik
7. Svanidze Şmagi
8. Kekelişvili Ekaterine
9. Şaria Ekaterine
10.İakobidze Avtandil
11. Avqopaşvili Tamar
12. Kobaxidze Manana
13. Beridze Zurab


IV) Dmanisi seçki dairəsi komissiyasının üzvləri:

1. Ğoliaşvili Longinoz
2. Noniaşvili Levan
3. Avalişvili Nato
4. Kvanjiani Gvança
5. Parulava Nana
6. Aslanişvili Paata
7. Feradze Darejan
8. Beruaşvili Manana
9. Moseşvili Lana
10. Çiskarişvili İrma
11. Aprasidze Nona
12. Çixelaşvili Nikoloz
13. Buxnikaşvili Revaz



21 oktyabr seçkiləri Gürcüstan azərbaycanlıları üçün özlərini saydırmaq, hüquq və azadlıqlarının təmin olunması üçün növbəti effektiv rıçarxdırsa, Gürcüstanın hakim siyasi qüvvəsi üçün isə dövlətlərinə hər zaman sadiqlikləri ilə seçilən azərbaycanlılara münasibətin daha da müsbətə doğru dəyişdirilməsi üçün yeni ikmandır.


Teymur Vəfadar
"QAFQAZ” Təhlil Mərkəzi (QTM)
Tarix: 19-10-2017, 21:08
Xəbəri paylaş





Xəbər lenti