ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl Qarabağ və onun həlli ilə bağlı maraqı müsahibə verib.Siam.az Axar.az-a istinadən həmin müsahibəni təqdim edir:
– Aprel döyüşlərindən sonra Qarabağ və ətraf ərazilərdə vəziyyət gərgin olaraq qalır. Sizin fikrinizcə, beynəlxalq təşkilatların müdaxiləsi ilə Qarabağın status-kvosunun dəyişmək vaxtı çatmayıbmı?– Qarabağ Cənubi Qafqazda münaqişə zonasıdır və bu vəziyyət uzun müddət belə davam edəcək. Çünki bəzi tərəflər münaqişədən faydalanmağa çalışırlar və elə buna görə də əksəriyyət münaqişənin həlli yolunda ciddi addımlar atmaqda ya maraqlı deyil, ya da bunu bacarmır. Gərginliklər nə qədər davam edərsə, daha çox münaqişə olacaq və çox ehtimal ki, məsələni yalnız hərb yolu ilə həll etmək mümkün olacaq. Ancaq müharibə də məsələnin həlli yolu olmayacaq. Çünki bu, tərəflərdən birinin məğlubiyyətinə və gələcəkdə yardıma möhtac yaradacaq. Şəxsi fikrimə görə isə beynəlxalq təşkilatlar məsələnin həllindən daha çox, baş verəcək münaqişənin qarşısını almağa çalışırlar. Buna səbəb isə həmin təşkilatların ölkələrin öz müqəddəratını təyin etmə və millətlərin özünə müdafiə – ərazi bütövlüyü kimi məsələlərdə ikili və ziddiyətli siyasət yeritməsidir. Bütün bu hallar mövcud beynəlxalq sistemdə məsələ ilə bağlı hər hansı qərar qəbulunu mümkünsüz edir.
– Siz Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara kifayət qədər bələdsiniz. Bəyanatlarda qeyd etmişdiniz ki, Rusiya Azərbaycanla Ermənistan arasında Qarabağ razılığının əldə olunmasına mane olur. Xüsusilə də Ki Uestdə. Cənab Qobl, münaqişəni Rusiya olmadan, yəni danışıqlara müdaxiləsinin qarşısını almaqla həll etmək mümkündürmü?– 1990-cı illərdə Ki Uestdə (mühüm əhəmiyyət kəsb edən Qərbdə) mümkün olanlar hər iki ölkənin dövlət başçıları dəyişəndən sonra daha mümkün deyil. Rusiyanın gücünə, sərhədlərinə və nüvə silahına malik olması digər dövlətləri müdaxilədən çəkindirir. Bu da Rusiyanın münaqişənin həllində tək oyunçu olmasını təmin edir.
Mən belə hiss edirəm ki, Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək. Əgər bu baş verərsə, əminəm ki, Rusiya Ermənistanla tərəfdaşlıqdan imtina edəcək. Bakıda isə bu istiqamətdə heç bir tendensiya yoxdur.
– Ermənistanda bir çox Rusiya investisiyaları var. Bundan əlavə, ölkənin əsas sektorları Moskvanın nəzarəti altındadır. Rusiya Ermənistanın hava yollarına nəzarət etməyə və birləşmiş hərbi qüvvələr yaratmağa başlayıb. Ermənistan bir növ Rusiyanın vassalına çevrilib. Ekspertlər və siyasətçilər hər iki tərəfi sülh danışıqlarının dəyirmi masa arxasında müzakirəsinə çağırır. Ancaq Bakı necə Rusiyanın “vassalı” olan bir ölkə ilə sülh məsələsində razılaşa bilər? Bu, bir məna kəsb edirmi?– Rusiyanın Ermənistandakı mövqeyi o qədər də dayanıqlı deyil. Ermənilərin və Rusiyanın maraqları bir-birinə uyğun gəlmir. Bu İrəvanın tamamilə fərqli bir geosiyası paradiqmaya çevrildiyini göstərmir, digər tərəfədən, sualınızda nəzərdə tutulduğu kimi, Ermənistanın Rusiyanın vassalı olduğu anlamına da gəlmir. Beynəlxalq münasibətlərdə müştəri dövlətlərin idarəedəndən daha çox haqqa sahib olması, gözləntilərin əksinə, tez-tez müşahidə olunan bir haldır. Mən inanıram ki, Ermənistan növbəti onillikdə Rusiyadan ayrılmağa və öz diplomatiyası ilə Qafqazda daha yaxşı yer tutmağa müvəffəq olacaq.
– Qafqazın xəritəsinə baxsaq görərik ki, ortada Gürcüstan Qərb tərəfindən dəstəklənir, Ermənistana Rusiya arxa çıxır, Azərbaycan isə neytraldır. Azərbaycanın bölgədə marağı olan İran və Rusiya kimi iki nəhəng qonşusu var. Geosiyasi vəziyyəti nəzərə alsaq, NATO-Azərbaycan əməkdaşlığında inkişaf olacaqmı?– Nəhayət ki, Gürcüstan NATO-ya üzv olacaq. Azərbaycan öz balanslaşlaşdırılmış xarici siyasətini davam etdirmək istəyir, ancaq Rusiyanın buna münasibətini zaman göstərəcək. Moskva təzyiq göstərərsə, Bakı Qərbə daha çox yaxınlaşacaq. Ermənilər isə mövcud tədbirlərin müəyyənləşdirilməsini gözləməməlidir. Onlar bəzi radikal dəyişikliklərə açıq olmalıdır. Bakı da bəzi dəyişikliklər etməyi perspektiv üçün planlaşdırmalıdır.
– Həm də Şimali Qafqaz amili var. Bu regionda iqtisadi vəziyyət həqiqətən də acınacaqlıdır. Bununla yanaşı, islamın əsasları gündən-günə Şimali Qafqazda, xüsusən də Çeçenistanda güclənir. Hətta bəzi rus mediası Sankt Peterburq terror aktını qafqazlıların törətdiyini iddia edirlər. Cənab Qobl, sizcə, Şimali Qafqazda müstəqillik üçün daha bir cəhd ola bilərmi?– Şimali Qafqazın müstəqillik əldə edəcəyi ehtimal olunur, çünki Rusiyadan ayrılmaq istəyir. İdarə olunana yox, daha çox, protektorata çevrilir. Bir çoxları Çeçenistanın Rusiyaya təsirindən qorxurlar və Qroznının öz yolunda davam etməsi onlara daha çox sərf edir. Putin vəziyyətə nəzarət edir, ancaq o, əbədi yaşamayacaq.
– Bəzi Qərbdən olan ekspertlər Gürcüstanı Rusiya üçün təhlükə hesab edirlər. Hətta iddia olunur ki, bu, hərbi konflikt həddinə çata bilər. Saakaşvilinin idarəçiliyindən fərqli olaraq Gürcüstanın yeni idarəçiliyi daha çox Rusiyanın xeyrinə addımlar atır. Buna “Qazprom” müqaviləsini misal göstərmək olar. Həqiqətənmi Rusiya Gürcüstanda yeni sabotajlar hazırlamağı planlaşdırır?– Rusiyanın Gürcüstandakı sabotajları çox güclüdür. Bununla yanaşı, Gürcüstan da Rusiya üçün böyük bir təhlükədir. Gürcüstan Rusiyanı təhdid edir, lakin yalnız uğurlu transformasiya vəziyyətindədir və Rusiya xüsusi qüvvələri Gürcüstanda yaşanan qeyri-sabitliklərdən istifadə etməyə çalışacaqlar. Ancaq bu, yeni bir böhrana gətirib çıxarmaqdan daha çox stabil vəziyyətdir.
– NATO-nun Qafqaza təsir göstərə bilməsi üçün Türkiyə əsas vasitədir. Ankaranın isə həm Gürcüstan, həm də Bakı ilə münasibətləri yaxşıdır. Rusiya və İranın fəaliyyətinə cavab olaraq NATO Türkiyədən istifadə edərək Qafqazda fəallaşa bilərmi?– Mən düşünürəm ki, keçən il baş verən hadisələr Türkiyənin NATO-nun qüvvəsindən Qafqazda və Mərkəzi Asiyada limitli istifadəni göstərdi. Yaxın vaxtlarda Türkiyənin bu mövzuda öz vəziyyətini bərpa etməsini gözləmirəm.
Siam.az
Tarix: 19-10-2017, 23:09