Rusiyanın neoimperiya və postsovet ölkələrini nəzarətdə saxlamaq siyasəti hüquqi aktlarla həyata keçirilməyə başlanır.
Kreml qonşu ölkələrə müdaxilə və Qərbin təsirlərini zəiflətmək məqsədi ilə Rusiya Dövlət Dumasında qüvvəyə minən qanuna istinad edə bilər. AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Dumanın qəbul etdiyi qanunda mühüm müddəalar nəzərdə tutulur.
Analitiklərin və medianın diqqətindən qaçan bu nüans ondan ibarətdir ki, yeni qanuna əsasən Rusiya öz sərhədlərində hər hansı təhlükə yaranarsa, qonşu dövlətlərin ərazilərinə 40 kilometrə qədər irəliləmək və bufer zona yaratmaq hüququ var.
Hətta Dağıstan Respublikasına təyin olunan yeni prezidentin Rusiya-Azərbaycan sərhəd keçid məntəqəsindəki körpünün ərazisini genişləndirməyə başlaması da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
Moskva artıq Dumada qanuni qüvvəyə minən müddəalar əsasında qonşu ölkələrə müdaxilə etmək siyasətini hədəfləyib.
Necə ki, Ukraynadakı Maydan hadisələrindən sonra Krımda keçirilən referendumla bu əraziləri öz tərkibinə qaytara bildi, eləcə də analoji siyasət Cənubi Qafqazda gerçəkləşə bilər. C.Qafqazda Moskvanın iti dişləri arasında hələ də tam əzilməyən iki ölkə qalıb - Gürcüstan və Azərbaycan.
Ermənistanın Kremlin siyasi vassalı olduğunu nəzərə alsaq, Tiflis və Bakının Qərbə yaxınlaşmaq siyasətində Dumanın sözügedən qanundan iki ölkəyə qarşı geninə-boluna istifadə edəcəyi təhlükəsi istisna deyil.
Rusiyanın “X” mərhələsində bu qanuna istinad edib Azərbaycana şimal zonasından soxulması təhlükəsi kifayət qədər realdır.
Analitiklər də təsdiqləyirlər ki, regionda getdikcə mürəkkəbləşən və gərginləşən Rusiya-ABŞ münasibətləri rəsmi Bakının əleyhinə işləyir. O baxımdan iqtidardakı ruspərəstlərin aktivləşməsi də təsadüfi deyil.
Bu şəbəkə seçkiqabağı fəallaşmaqla Azərbaycanın strateji xəttini Rusiyaya yaxınlaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Qərbi rəsmi Bakıya qarşı qaldırmaq siyasəti də baş verənlərin təzahürüdür.
Bir tərəfdən həbslər, digər tərəfdən cinsi azıqların saxlanması Avropa Şurasını Azərbaycan hakimiyyətinə qarşı tənqidlərinin dozasını artırıb.
Seçkiyə bir il qalmış Azərbaycanın AŞ-dan çıxarılması məsələsinin gündəmə gəlməsi və müzakirəsi ökəni Qərbdən qoparıb Moskvanın iri pəncələrinin arasına verməkdir.
Rusiya isə Xəzər sularında üzən hərbi donanması ilə Bakı sahillərinə bir neçə dəfə gəlməklə, Bakı buxtasında yerləşməklə bərabər Dumanın sözügedən qanununa da istinad edib quru ərazilərimizə daxil ola bilər.
Bunun üçün Putinin Rusiya ərazilərində siyasi provokasiyalar, Azərbaycan sərhədlərinə yaxın ərazilərdə insidentlər təşkil etməsi mümkün versiyadır.
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Rusiyanın Azərbaycanda güclənməsi planı 2018-ə hesablanıb. Hakimiyyətdəki ruspərəstlər seçkidən sonra ölkəni Qərbmeyilli qüvvələrə təslim etmək istəmirlər.
Hökumət içində bugünkü qədər çaşqınlıq və qeyri-müəyyənlik olmamışdı. Hətta “5-ci kolon”un Dumanın həmin qanunun mövsümi olaraq Azərbaycanda tətbiqi üçün zəmin yetişdirməyə hazırdırlar.
Bu xain şəbəkənin məkli niyyəti 2025-ci ilə qədər Azərbaycanda demokratik inkişafı, iqtisadiyyatın liberallaşdırılması və siyasi islahatların həyata keçirilməsini tormozlamaqdır.
Kreml C.Qafqazda ABŞ-la gedən geosiyasi müharibədə Azərbaycanı buxovlamaq və əlindən saxlamaq istəyir.
İkinci bir tərəfdən, Rusiyanın sovet vaxtı doğulan hər bir postsovet respublikası vətəndaşına vətəndaşlıq hüququ verməsi faktoru da ciddi siyasi proyektin göstəricisidir.
Rusiyaya kütləvi şəkildə müraciət edən azərbaycanlılar var ki, Azərbaycan vətəndaşlığından imtina edirlər. Moskvanın növbəti bufer planı məhz rusfobiyanı məhv eləməkdir.
Bununla da, Azərbaycan sərhədlərini üzük qaşı kimi siyasi minalarla düzən putinizm imperiyası ölkəmizin ərazilərinə asanlıqla daxil olmaq üçün bütün şərtləri yetişdir ki, çiban kimi “X” günü partlasın.
Bu təhlükəni hissə edən iqtidardakı Qərbpərəstlər isə Avropa ilı münasibətlərin inkişafı tərəfdarıdırlar. Avropa Şurası nəyimizə lazımdır deyən rəsmilərin ölkəni sivil və demokratik dünyadan izolyasiya etməklə Azərbaycanı Türkmənistan və Belorusun gününə qoymaq istədikləri göz qabağındadır. Hətta Belorus belə Rusiyaya yeri gələndə arxa çevirib Qərbə üz tuta bilir və tamamilə ölkəni putinizm imperiyasından asılı salmır.
Deputat Qüdrət Həsənquliyev demişkən, Azərbaycanda isə başqa dövlətin prezidentinə təzim etməyə, İ.Əliyevə arxa çevirməyə hazır olan məmurlar var.
Həmin məmurlar ölkənin gələcəyini stabil görmürlər və hansısa strateji dilemmada hakimiyyətin xarici güclərin əli ilə devriləcəyini düşünürlər. Ona görə bizneslərini, pullarını ölkədən çıxarırlar, xaricdə əmlak alırlar, övladlarını Avropada yerləşdirirlər.
Dövlətə arxa çevirməyə hazır olan məmur ordusu varsa, Rusiyanın Azərbaycanı sarayın içindən çalxalaması belə mümkün görünür ki, bu halda Dumanın sözügedən qanununa lüzum qalmayacaq.
Çünki iqtidar daxilində “Putin qanunu”nun diktə etdiyi qaydalarla fəaliyyət göstərənlər. Beləcə ölkə, dövlət, xalq və hakimiyyət ağır 2018 sınağı ilə üz-üzə qalıb
AnaXeber.Az
Turan
Tarix: 20-10-2017, 08:15