ABŞ senatorları daha bir “anti-Rusiya” qanunu təklif edirlər

ABŞ senatorları daha bir “anti-Rusiya” qanunu təklif edirlər ABŞ-ın Konqesdəki hər iki partiyasından olan üç senator ABŞ seçkilərinə xarici müdaxilə cəhdlərinin qarşısının alınması məqsədilə Facebook, Google və başqa sosial media şəbəkələrində ödənişli siyasi reklamların tənzimlənməsinə dair yeni qanunvericik aktı təqdim ediblər. Qanun layihəsində Rusiyanın iddia edilən hərəkətlərinə xüsusi vurğu edilir.

Demokrat senatorlar Mark Warner və Amy Klobuchar, habelə respublikaçı senator John McCain-in oktyabrın 19-da təqdim etdiyi qanun layihəsi Rusiyanın ABŞ prezident seçkisinə müdaxilə məqsədilə sosial media platformalarında anonim reklamlardan istifadəsinə dair iddialara birbaşa istinad edilir.

Təklif olunan adı Doğru Reklamlar Qanunu (Honest Ads Act) olan bu qanunvericilik təşəbbüsü seçki ilə bağlı ödənişli internet və rəqəmsal reklamları televizyada, radioda və mətbuatda verilən reklamlarla eyni kateqoriyaya gətirir və buna görə də artıq mövcud qanunların yenilənməsini tələb edəcək.


Senator McCain təəssüflə bildirib ki, “siyasi kampaniyalarda şəffaflıq tələb edən ABŞ qanunları texnologiyaların sürətli inkişafı ilə ayaqlaşa bilmir”.

Xanım Klobuchar isə daha açıq danışaraq deyib ki, “biz hamımız Rusiyanın milli təhlükəsizliyimizə törətdiyi təhlükənin heç də həmişə ənənəvi müharibə silahları vasitəsilə edilmədiyini yaxşı bilirik”.

O bunu da qeyd edib ki, yeni qanun orta aylıq istifadəçi sayı 50 minlyonu keçən internet platformalarından “ictimai səhifənin yaradılmasını” tələb edəcək. Bu səhifədə reklamlarda söhbətin nədən getdiyi barədə ictimaiyyətə məlumat verilməlidir.

Qanun layihəsində habelə siyasi reklamlara toplam 500 dollar xərcləyən müştərilərdən aldıqları reklam platformaları barədə bəyannamə vermələri tələb edilir.

Millət vəkillərini hiddətləndirən səbəblərdən biri də bu idi ki, təkcə Facebook-da 2016-cı il seçkisindən əvvəl və sonra Rusiya vahidlərinə bağlı reklamları 10 milyonadək ABŞ vətəndaşının gördüyü bəyan edilmişdi.

Facebook bildirmişdi ki, izi Rusiyaya aparan hesablardan reklamlar üçün rublla 100 min dollar ödənib.

Facebook-un açıqlamalarından belə çıxırdı ki, Rusiya tərəfindən maliyyələşdirilən reklamlar ABŞ seçiciləri arasına homoseksuallıq, irq və immiqrasiya kimi həssas mövzularda fikir ixtilafı salmaq məqsədi güdürmüş. Buna bənzər açıqlamalar az əvvəl Google və Twitter-dən də verilib.

Bundan əvvəl texnologiya şirkətləri ödənişli reklamlar barədə informasiyanı açdırmağa yönəlmiş cəhdlərə müqavimət göstəriblər. Amma bəzi platformalar bu sahədə Rusiyanın seçki müdaxiləsini araşdıran Konqres komitələri ilə əməkdaşlıq edəcəklərini bildiriblər.

Ojktyabrın 19-da Facebook və Twitter Rusiya müdaxiləsini araşdıran komitələrin 1 noyabrda keçiriləcək dinləmələrinə öz baş müvəkkillərini göndərəcəklərini bəyan ediblər.

Bu barədə açıqlamanın Google-dan da veriləcəyi gözlənilir.

Warner və Klobuchar deyiblər ki, ödənişli siyasi reklamların 85 faizi Facebook və Google-da verilir.

Warner və Klobuchar bildiriblər ki, onlar verdikləri qanun layihəsinin Konqresdəki şansı barədə təsəvvürə malik deyillər, lakin ilin sonunadək bu xüsusda müəyyən bir qanunvericilik aktının təsdiq ediləcəyinə əmindirlər.

ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya ABŞ seçkisinə Trump-ın qələbəsinə kömək məqsədilə müdaxilə edib.

Trump Rusiyanın seçki müdaxiləsinə dair araşdırmaları “əcinnə ovu” adlandırır və komandasının Rusiya vahidləri ilə hər hansı sövdələşmələrdə bulunduğunu inkar edir.

Siam.az
Tarix: 20-10-2017, 09:51
Xəbəri paylaş





Xəbər lenti