Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! – İDDİA
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndirÖlkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır. Məsələ ondadır ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur. Bu rayonun “qiyməti” son illər daha da artıb. Rayonda irimiqyaslı söküntü və tikinti işlərinin həyata keçirilməyə başlaması “qaz vurub qazan doldurmaq” niyyətində olan klanların Yasamala olan marağını daha da artırıb. Klanlar öz adamlarının başçı təyin edilməsinə nail olmaqla, rayonda aparılacaq söküntü-tikinti işlərini də nəzarət altına almaq, ərazidə həyata keçirəcəkələri bina, ticarət mərkəzləri, otel tikintiləri ilə böyük pullar qazanmaq niyyətindədirlər.
Yasamala namizəd kimi bir neçə şəxsin adı çəkilir
Məlumata görə, namizədlər arasında ən şanslısı Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqovdur. Artıq icra başçısı bununla bağlı yaxın ətrafına məlumat verib və bildirib ki, yaxın günlərdə təyinat reallaşdırılacaq. Maraqlıdır ki, Malik İsaqov bu günə qədər mediadan uzaq gəzməyi bacaran icra başçılarındandır. Ancaq onunla bağlı neqativ xəbərlər də az deyil. Bir müddət öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi. Bu səbəbdən İsaqovun Bakının ən yaşıl və ekoloji cəhətdən ən əlverişli rayonlarından olan Yasamala iddia etməsi də təəcüblü deyil.
Malik İsaqovun təyinatının yaxın günlərdə reallaşcağı iddia olunur. \\azxeber\\
Tarix: 20-10-2017, 22:52