Kərkük əməliyyatının pərdəarxası – “Mənim adım Qasım Süleymani. Bunu bil ki...” Kərkük üçün üç dəfə gedibmiş
İraqda ABŞ işğalçısını hədələyən İran generalıHurriyyet.org xəbər verir ki, “Röyters” agentliyi İranın xarici əməliyyatlar üzrə məsul generalının Kərkük əməliyyatı başlamazdan əvvəl üç dəfə kürd liderlərlə görüşdüyünü və qəti şəkildə xəbərdarlıq etdiyini bildirir. Peşmərgənin mübahisəli bölgələri tərk etməsini tələb edən Qasım Süleymani müharibə təhlükəsini açıq şəkildə onlara bildirib.“Röyters”in xəbərinə görə, Süleymani oktyabrın 16-da başlanan əməliyyatdan əvvəl azı 3 dəfə bölgədə olub və kürd liderlərlə görüşüb.
İran İnqilabı Keşikçiləri birliklərinin Qüds qüvvələrinin komandiri olan Süleymani Təlabaninin Kürdüstan Yurdsevərlər Partiyasının idarəçilərinə qəti bir mesaj verib. İran generalı Süleymaniyyədə keçirilən görüşdə Peşmərgənin mübahisəli ərazilərdən çəkilməyəcəyi təqdirdə İraq ordusu və “Həşdi Şabi” milislərinin döyüşə başlayacaqlarını bildirmişdi.
Cib telefonundakı qəribə mesajQasım Süleymani son dövrdə İranın parlayan ulduzudur. Suriya və İraqda çox mühüm rollar oynayan Süleymaninin adı ilk dəfə İran - İraq müharibəsində eşidilib.
“Əl Cəzirə” informasiya nəhənginin xəbərlərində verilən Süleymani portretinin yanında bu cümlələr yazılmışdı: “Mənim adım Qasım Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Liviya, Qəzza və Əfqanıstan siyasətlərinə mən nəzarət edirəm”... İraqdakı ABŞ işğal qüvvələrinin komandiri Devid Petreus 2008-ci ilin baharında bir iclas zamanı İraqın keçmiş prezidenti Cəlal Təlabaninin ona uzatdığı cib telefonundakı bu qəribə mesajı oxuyarkən çox təəccüblənmədi. Çünki mesajın sahibini çox yaxşı tanıyırdı. İbtidai sinif məzunu və keçmiş inşaat işçisi olan, İraqda illərlə onlara qarşı vuruşan Qüds Qüvvələrinin başçısı Qasım Süleymani.
Suriyada Əsəd hökumətini dəstəkləyən iranlı komandir İŞİD terror təşkilatının işğalından sonra İraqda güclü şəkildə fəaliyyət göstərməyə başlayıb.
Siam.az
Tarix: 21-10-2017, 21:22