2018-ci il ilin aprel ayında... – Vahid Əhmədov

2018-ci il ilin aprel ayında... – Vahid Əhmədov 2017-ci ilin dövlət büdcəsində neftin orta qiyməti 40 dollardan götürülmüşdüsə, gələn il 45 dollardan götürüləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili ümumiyyətlə 2018-ci ildə neftin orta qiymətinin 50 dollar səviyyəsində qərarlaşacağını bildirib:

“Hazırda neftin qiyməti faktiki olaraq 60 dollara yaxınlaşmaqdadır. İl ərzində dünya bazarında neftin qiymətində enmələr baş verə bilər, ancaq ciddi azalmaların olacağını düşünmürəm. Bununla yanaşı, artımlar da çox yüksək səviyyədə olmayacaq. Ona görə də dövlət büdcəsinə baxılacağını indidən söyləmək tezdir. Bücəyə əlavə nə qədər vəsaitin daxil olacağını yalnız 2018-ci ilin mart, aprel aylarında bilmək mümkün olacaq”.
Tarix: 23-10-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti