Qəzet və saytların Facebook “dükan”I bağlanır

Qəzet və saytların Facebook “dükan”I bağlanır Mark Zukerberqin yeni qaydaları medianın işinə yaramayacaq

Slovakiyanın “Dennik N” nəşrinin əməkdaşı Filipp Struxarik öz bloqunda Facebook xəbər lentinin formalaşdırılmasının yeni üsuluna diqqət çəkib. Sosial şəbəkənin eksperimentləri ucbatından 60-a yaxın yerli KİV-in Facebookdakı səhifələrinin aktivliyi 4 dəfə aşağı düşüb. Facebookun təcrübələri tövsiyyələrlə zəngin yeni səhifənin yaranması ilə meydana gəlib. (Explore). Sosial şəbəkənin yaradıcıları ora istifadəçilərin abunə olduğu ictimai səhifələrin siyahısını daxil ediblər. Nəticədə isə sosial şəbəkənin ana səhifəsində ancaq reklamlar və dostların paylaşımları qalıb.


Odur ki, KİV-lərin paylaşımlarını, eləcə də digər ictimai səhifələri görmək üçün istifadəçilər Explore-də olan əlavə lentə qoşulmalıdır. Mediadan olan paylaşımlar əsas lentə ancaq reklam vasitəsilə düşə bilər.

“İstifadəçilərin bir qismi dəyişiklikləri bir neçə həftə əvvəldən fərq ediblər, amma təcrübələrin böyük qismi 19 avqustda qüvvəyə minən Explore xəttinin aktivləşməsindən sonra həyata keçirilməyə başlayıb. Bir neçə Facebook səhifəsinin administratorları deyiblər ki, bu yeni eksperimentin aktivləşməsi ilə onların əhatə dairələrinin üçdə ikisi azalıb.



Facebook nümayəndəsi F.Struxarikə cavabında isə deyib ki, sosial şəbəkə altı ölkədə yeni iş alqoritmini sınaqdan keçirir. Bunlar Slovakiya, Şri-Lanka, Serbiya, Boliviya, Qvatemal və Kambocadır. Eksperiment hələlik zəngin oxucu kütləsi olan nəhəng KİV-lərə sirayət etməyib. Amma o qədər də böyük olmayan saytlar ziyarətçilərinin sayında ciddi azalma müşahidə ediblər.

Facebook 19 oktyabr 2017-ci ildə sosial şəbəkənin masa üstü versiyasında Explore variantının lansmanını elan etdi. Həmin vaxta qədər əlavə lent mobil versiyalar üzərindən test edilirdi. Təsvirə əsasən, ona hadisələr, qruplar, səhifələr və Facebook-un başqa kontingenti daxildir. Buna bənzər versiya 2017-ci ilin sentyabr ayından etibarən «VKontakte» sosial şəbəkəsində tətbiq olunur.

Bu xəbər ölkəmizdəki media orqanları üçün də xoş xəbər olmadı. Çünki bu günə qədər saytlar əsasən öz xəbərlərini sosial şəbəkə vasitəsilə paylaşır, İP yığmağa çalışırdılar. Hətta Avropanın inkişaf etmiş saytları, xəbər agentliklərinin, qəzetlərinin onlayn versiyası sosial şəbəkə üzərindən paylaşımlarla oxucu toplayır. Avropada, Amerikada Facebook gerçək bir dükandır. Milyardlarla insan FB üzərindən media orqanlarının səhifəsinə daxil olur. Hələlik 6 ölkə pilot olaraq seçilib. Amma bunun daha geniş dairəni əhatə edəcəyi də istisna deyil.

Sevinc TELMANQIZI
Tarix: 24-10-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti