Kreml Putin və Trampın münasibətlərindən danışdı


Kreml Putin və Trampın münasibətlərindən danışdı

ABŞ prezidenti Donald Trampın seçkilərdən sonra Rusiya lideri Vladimir Putinə zəngi “protokol mənası” daşıyırdı və onların formalaşma mərhələsində olan münasibətlərini xarakterizə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyaprezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu zəng protokol xarakteri daşıyırdı. Prezident Tramp Putini prezident seçilməsi münasibətiylə təbrik etdi. Əlbəttə, bu, dünyanın iki aparıcı dövlətinin liderinin formalaşma mərhələsində olan münasibətlərini xarakterizə edir və çox əhəmiyyətlidir”, - Peskov “Mir” telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı martın 20-də baş tutub. Telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə olub. Dövlət başçıları dünya siyasətinin aktual məsələlərini müzakirə ediblər.

Daha əvvəl məlumatlı məmurlara istinadən “Vaşinqton Post” qəzeti bildirib ki, Tramp milli təhlükəsizlik üzrə öz məsləhətçilərinin xəbərdarlıqlarına əhəmiyyət vermədən Putini təbrik edib.

Ömər Dağlı

Tarix: 24-03-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti