Müxalifət niyə məğlubiyyətə məhkumdur?

İcazəsiz aksiya - Bakı

İcazəsiz aksiya - Bakı

Özgə gözünün güzgüsü

Azərbaycan müxalifəti düşünülmüş siyasi proqramlara deyil, boş şüarlara və öz liderlərinin keçmişdə qalmış nüfuzuna arxalanır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vestnik Kafkaza” portalında aprelin 11-inə nəzərdə tutulmuş  seçkilərə həsr etdiyi “Azərbaycanda seçkilər: vəziyyətin təhlili”  məqaləsində bildirilir.

Müəllif Mixail Belyayev vurğulayır ki, düşünülmüş siyasi proqramların tərtibi ciddi intellektual resurslar tələb edir: “Xalq Cəbhəsi və Müsavat kimi klassik müxalifət partiyalarında məhz bu çatışmır. Müxalifətə etibarı aşağı salan önəmli amillərdən biri də, çox sayda uduzulmuş parlament və prezident seçkilərinə baxmayaraq, bu partiyaların liderləri fasiləsiz olaraq 15-20 ildir rəhbərlik edirlər. Öz çıxışlarında həmişə nümunə olaraq göstərdikləri Avropa demokratiyalarında isə seçkiləri uduzmuş partiyaların sədrləri heç bir söz demədən istefaya gedirlər - Azərbaycanda belə şey heç zaman baş vermir”.

Məqalədə Azərbaycan müxalifətində intelektual resurs qıtlığının səbəbləri də göstərilir: “Savadlı və siyasi fəal kadrlar müxalifət partiyalarına getmirlər, ya özəl sektorda işləməyə,  ya da dövlət sektorunda və dövlətə bağlı qurumlarda çalışmağa üstünlük verirlər”.

“Vestnik Kafkaza” Avropa ölkələrinə sığınmış müxalifətçiləri də unutmayıb: “Aydındır ki, avropalılar siyasi miqrantların keyfiyyət problemi ilə üzləşirlər - axı “qaçqın” kimi gedənlərin böyük əksəriyyəti yüksək iş  ixtisasından  məhsrum olanlardır. Yüksək ixtisaslı miqrantlar, bir qayda olaraq, mütəmadi əmək vizası ilə yüksək maaşlı iş tapırlar, onların seçki öncəsi küçələrdə qaçıb "Rədd olsun diktatura" plakatları yapışdırmağa, hakimiyyətin əleyhinə söyüşlərlə dolu videoları  “Youtube”a yerləşdirməyə nə vaxtları, nə də istəkləri var”.

Tarix: 24-03-2018, 22:13
Xəbəri paylaş





Xəbər lenti