Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?


Bir yazı yazdıq ki, əxlaqsızlıq etməyin, söyüş söyməyin. Bildirdik ki, öz ana-bacısına hörmət edən kimsənin ünvanına söyüş söyməz. Təbii, 99 faiz razılaşdı, həmfikir olduğunu bildirdi. Öncədən gözlədiyim kimi, bir neçə dəyərləri itirmişlər yenə də bu çağırışlara söyüşlə, öz əxlaqlarına uyğun cavab verdilər. O gədə-güdələrin qabında olan budur, odur ki, onlara reaksiya verməyə dəyməz. Ancaq adamı yandıran bəziləri var ki, onlara yerini bildirmək lazımdır.

 

Məsələn, İlqar Altay adında biri var. 2003-cü ildə mərhum Heydər Əliyev xəstə olanda, Klivlend xəstəxanasında yatanda İlqar Altay xarici kəşfiyyatın əlaltısı kimi min hoqqadan çıxdı... Daha sonra 2003-də baş verən hadisələrdən sonra tutulan dostlarının üzünə durmuşdu istintaqda, onları şərləmişdi. Məhkəmədə Sərdar Cəlaloğlu hamının gözü önündə onun üzünə tüpürdü və bu üzəduran uzun illər ictimaiyyət arasına çıxmadı, "itkin" düşdü. Sonra hökumətdəki bəzi təxribatçı qüvvələrin peşkası kimi "ekspert" qiyafəsində peyda oldu. Artıq həmin təxribatçı qüvvələr vəzifədən alınıblar və İlqar Altay dönüb olub radikal, İŞİDvarı birisi. Söyüş maşinkalarını açıq-aşkar müdafiə edir. Təbii, məqsədi haradansa pul qoparmaqdır. Üzəduranlıq missiyasını davam etdirir. Belə bir yaratıq "Yeni Müsavat"ı, söyüş söyməməyə çağıran yazarlarımızı aşağılayır, söyüş söyənlərə haqq qazandırır.

 

Adam elə zənn edir ki, yağışlar yağıb, çatlaqlar örtülüb. Yox, İlqar, Sərdar Cəlaloğlu sənin üzünə elə yağış kimi tüpürdü ki, bu haqqın olan tüpürcək topası üzündən heç zaman silinməyəcək. Üzündə şram kimi qalır əbədi.
Bir qaydadır bu - adətən, üzüşramlılar belə hoppanıb düşür. Az hoppan ay bala, məhkəmənin stenoqramını yayaram, gedib özünü asarsan...

 

Elşad Məmmədli,

musavat.com

Tarix: 24-03-2018, 22:44
Xəbəri paylaş





Xəbər lenti