Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Moskvaya qarşı diplomatik hücumuna münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN NATO-nu yanlış qərarı ilə Avropada təhlükəsizliyə zərbə vurmaqda ittiahm edib: "Bu qərar Moskva ilə Şimali Atlantika Bloku arasındakı əlaqələri çətinləşdirir".
Qeyd edək ki, NATO Baş Kəşfiyyat İdarəsinin sabiq agenti Sergey Skripalın öldürülməsinə cavab olaraq Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin 7 işçisini geri göndərib.
Həmçinin NATO təşkilatdakı Rusiya missiyasını 30 nəfərdən 20 nəfərədək azaldıb. NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq.