NƏHƏNGLƏRİN SAVAŞI: Azərbaycanı nə gözləyir?


Dünyanın iki  nəhəngi – ABŞ və Çin arasında münasibətlərin gərginləşməsinin digər ölkələrə də siyarət edəcəyi proqnozlaşdırılır. İqtisadi sferada hökm sürən müharibənin ölkəmizə təsiri olacaqmı?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ prezidentinin bəyanatları əsasən ölkənin iqtisadi partnyorları arasında narahatlıq doğurur. Azərbaycana gəldikdə isə, sözügedən bazar münasibətlərində ölkəmizin çəkisi aşağı olduğundan bu proseslər yan keçəcək.     

Dolların qiymətinə gəldikdə isə, onun bahalaşıb-ucuzlaşması dünyanın önəmli valyutalarına - məsələn funt sterlinqə, yuana, avroya və s. - münasibətdə baş verəcək. Bu dünya maliyyə bazarında hiss olunacaq ki, “biz də bunu hiss edəcəyik”. 

Birbaşa Azərbaycan manatına münasibətdə dəyişikliyin olub-olmamasına gəldikdə, ölkəmizdə administrativ idarəetmə usulu olduğundan, manatın stabil qalacağı proqnozlaşdırılır:

“İdxal-ixrac əməliyyatlarının balansını müsbət fonda stabil saxladığımız üçün bu proseslərin təsiri gözlənilmir. Neftin qiyməti indiki səviyyəsində qalarsa, ən azı avqust ayına qədər hər hansı təhlükə gözlənilmir”.

Xatirə Nəsirova

Tarix: 28-03-2018, 10:26
Xəbəri paylaş





Xəbər lenti