Kreml Nikolun nə etdiyini bilir: Putin Əliyevlə görüşdə…

 Rusiya və Azərbaycan prezidentlərinin görüşü çox mühüm siyasi əhəmiyyətə malikdir.
Bunu Axar.az-a Azərbaycan və Rusiya prezidentlərinin gözlənilən görüşü haqda danışan fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq görüşün hər iki ölkə üçün məhsuldar keçəcəyini bildirib:
“İki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və bu il iki ölkənin hökumət nümayəndələri arasında bir sıra vacib görüşlər keçirilib. Rusiya və Azərbyacan prezidentlərinin görüşündə əsas müzakirə mövzusu məhz Qarabağ olacaq. Volodinin Bakıya səfəri də onu göstərir ki, Moskva Bakıya diqqət yetirir. Aydın məsələdir ki, Qarabağ ətrafındakı son vəziyyət həmsədrlər və Rusiyanı narahat edir. Bu fonda irəlidə danışıqlar prosesinin intensivləşəcəyini söyləmək olar. Çünki Paşinyanın daxildə apardığı antirusiya mövqeyi ilə Moskvada verdiyi bəyanatlar üst-üstə gəlmir. Digər tərəfdən Ermənistanda hakimiyyətdə olan zümrələr siyasi baxımdan avantürist, Yaxın Şərqdəki terror təşkilatları ilə bağlı olan qüvvələrdir. Əlbəttə ki, bu da Moskvanı narahat edir. Bu fonda liderlər Ermənistandakı vəziyyəti nəzərdən keçirəcəklər”.
Ekspert qeyd edib ki, görüşün gündəliyində duran ikinci məsələ iqtisadi münasibətlərin inkişaf etdirilməsidir:
“Azərbaycan son zamanlar kənd təsərrüfatı və qeyri-neft məhsullarının istehsalını artırıb. Rusiya Azərbaycan mallarının ixracı üçün böyük bir bazardır. Bu arada Şimal-Cənub Dəhlizi ilə bağlı da fikir mübadiləsi olacaq. Çünki Rusiya bu dəhlizlə cənub dənizlərinə çıxış əldə edir”.
Politoloqun sözlərinə görə, görüş əsnasında Azərbaycan diasporu ilə bağlı da müzakirələr aparılacaq:
“ÜAK-ın bağlanmasından sonra bu istiqamətdə ciddi fikir mübadiləsi labüddür. Rusiya və Azərbaycan prezidentinin bu məsələdə ortaq qərara gələcəyi istisna edilmir. Eyni zamanda, Rusiyada olan erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti də gündəmdə olacaq. Rusiya dövlət orqanlarına sızmış ermənipərəst qüvvələr bu ölkənin ərazisindəki KİV-lər vasitəsilə ölkəmizə qarşı fəaliyyət göstərirlər. Bu fonda Azərbaycan Rusiya XİN-in ölkəmizə qərəzli mövqeyinin araşdırılmasını tələb edə bilər. Bundan başqa, liderlərin Rusiya görüşündə beynəlxalq vəziyyət, dünyadakı terror, hərbi məsələlər, xüsusilə də Rusiyadan silah alışı ilə bağlı da müzakirələr mümkündür”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Tarix: 1-07-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti