“Rusiya və Azərbaycan qardaş və müttəqif ölkələrdir. Biz burada birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”.
Bunu öz çıxışında hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının deputatı Aleksey Yezubov bildirib.
Deputatın sözlərinə görə, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Putin, Sarkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”.
Deputat daha sonra deyib: “Qarabağ da həmçinin Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. (Virtualaz.org)