Dmitri Savelyev: “Qarabağ qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”


Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır. Bunu virtualaz.org-a RF Dövlət Dumasının komitə sədri müavini Dmitri Savelyev deyib.

“Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin ABŞ-da, Kanadada və Avropa mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”, - Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında iştirak edən D.Savelyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir.

“Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir”, - D.Savelyev vurğulayıb.

Tarix: 1-07-2018, 21:07
Xəbəri paylaş





Xəbər lenti