ABŞ-a ikinci Vyetnamı yaşadarıq - Cəsarətli çıxış
ABŞ Venesuelanı işğal etməyə qərar verərsə, biz bu ölkəyə ikinci Vyetnamı yaşadarıq.Axar.az xəbər verir ki, bu sözləri Venesuela Konstitusiya Məclisinin rəhbəri Diosado Kabella deyib.
“Onlar hələ bilmirlər ki, ölkəmizə girsələr, buradan necə çıxacaqlar. Onlar buraya ayaq basarlarsa, toz udacaqlar. Biz onların ikinci Vyetnamı, dəhşəti olacağıq”, - deyə Kabella bildirib.
Qeyd edək ki, ötən ilin avqustunda D.Tramp Venesuelaya hərbi müdaxilə variantını müşavirləri ilə dəyərləndirib.
Tarix: 6-07-2018, 08:07