ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hökumətinə müraciət edir

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désir-in növbəti hesabatına reaksiyasında ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harry R. Kamian deyib ki, onun ofisi Azərbaycanda jurnalist Əfqan Muxtarlı barədə ötən ilin 12 yanvarında çıxarılmış hökmdən hələ də narahatdır.

Onun sözlərinə görə, Muxtarlıya qarşı ittihamların siyasi motivli olduğuna geniş şəkildə inanılır.

Harry R. Kamian-in bəyantında deyilir: “Biz Azərbaycan hökumətini cənab Muxtarlının və ifadə azadlığından istifadəyə görə məhbus edilmiş başqalarının azadlığa buraxılmasına çağırırıq”.

Bundan başqa ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hökumətini jurnalist Xədicə İsmayılovanın və başqalarının peşəkar fəaliyyətlərinə qoyulmuş məhdudiyyətlərin qadırılmasına, müstəqil internet media platformalarının bloklanmasına son qoyulmasına çağırır.

azadliq.org

Tarix: 6-07-2018, 08:47
Xəbəri paylaş





Xəbər lenti