İqtidar AB ilə saziş şərtlərini qəbul etməyə bilər

 

“Bu şərtlərin qəbul edilib-edilməməsi hər ölkənin özünün suveren haqqıdır”

Xəbər verildiyi kimi, Avropa Parlamenti Avropa Birliyi ilə Azərbaycanın yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Şərtlərə görə gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

Danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsinin vacibliyi, məhkəmə sistemində islahatlara, iqtisadi cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməsinə çağırış edilib. Sənəddə bildirilir ki, Avropa Parlamentinin deputatları ümid edirlər ki, əgər əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə AB-Şərq Tərəfdaşlığı sammitinə qədər Azərbaycanla yeni saziş imzalana bilər. Onlar həmçinin təkidlə AB-ni Avropa Parlamenti öz razılığını verməyincə yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırıblar.

Azərbaycan hökuməti və hakim partiyanın bəzi deputatları Avropa Parlamentinin bu addımının ölkəmizə qarşı təzyiq məqsədi güddüyünü bildiriblər. Bu barədə “Yeni Müsavat”ın dünənki sayında geniş yazılıb.

Bəs Avropa Parlamentinin Azərbaycanın Avropa Birliyi ilə saziş imzalaması üçün şərtlər irəli sürməsinə, Avropa Birliyinə bu şərtlər yerinə yetirilməyincə Azərbaycanla saziş imzalamamaq çağırışı edilməsinə müxalifət düşərgəsi necə yanaşır?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, daha yaxşı olardı indiyə qədər Avropa Birliyi ilə daha sıx əməkdaşlıq, əlaqələr qurulaydı. Hökumət zamanında AB ilə daha sıx əməkdaşlığa imza atsaydı, bu gün belə problemlə üz-üz qalmazdıq: “Analiz etsək görərik ki, Azərbaycanla eyni vaxtda AB ilə əməkdaşlıq proqramlarına başlamış Ukrayna, Moldova, Gürcüstan və hətta Ermənistan belə, bu münasibətlərdə bizdən çox öndədirlər. Heç kəsə sirr deyil ki, istər NATO, istərsə də AB ilə əlaqələrin daha dərinə getməməsində Azərbaycanın Rusiyadan  ehtiyatlanması faktoru dayanır. Hakimiyyət nümayəndələri də dəfələrlə bəyan ediblər ki, bizim xarici siyasətimiz balanslaşdırılmış siyasətdir. Avropa Parlamentinin bəzi şərtlər irəli sürməsi təbiidir, bu onların haqqıdır.

Ä°lgili resim

Ancaq, bu şərtlərin qəbul edilib-edilməməsi hər ölkənin özünün suveren haqqıdır. Əminəm ki, bizə qarşı irəli sürülən şərtlər əsasən demokratiya, insan haqları və azad mətbuat yönümündədir. Yəni bu tələblərdə qeyri-adi bir şey yoxdur. Ancaq Azərbaycan hakimiyyəti üçün bu şərtlərin bir çoxu icrası mümkün olmayanlar siyahısındadır. Ona görə də böyük ehtimalla AB ilə yaxınlaşma prosesi bir daha uzanacaq. Əgər AB həqiqətən də özünün təməl dəyərləri, elan etdiyi prinsiplər uğrunda çalışırsa, daha real addımlar atmalıdır. Ancaq təəssüf ki, biz illərdir ki, bunun əksini müşahidə edirik. Avropa  hər zaman özünün iqtisadi, siyasi, enerji maraqlarına görə demokratik dəyərlərdən imtina edib. Bir sözlə, hazırkı vəziyyət həm Azərbaycan iqtidarına, həm də Avropa strukturlarına sərf edir”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, Avropa Birliyi Azərbaycanla enerji və nəqliyyat, ticarət sahələrində əməkdaşlıq edir. Lakin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması, siyasi məhbusların, vicdan məhbuslarının azad edilməsini, insan hüquqlarının müdafiəsini, əsas azadlıqları və dinc toplaşma azadlığı hüququnun təminini, eləcə də məhkəmə sisteminin qərəzsizliyinə nail olunmasını və digər demokratiya, insan hüquqları ilə bağlı məsələləri şərt olaraq irəli sürür: “Əslində burada ciddi və qəbuledilməz, dövlətin maraqlarına və təhlükəsizliyinə xələl gətirə biləcək heç nə yoxdur. Əksinə, sadalanan şərtlərə əməl edilməsi milli maraqlarımıza tam uyğun olar. Azərbaycan Avropanın bir parçasıdır və əgər bu məkana inteqrasiya olunmağı səmimi qarşısına məqsəd qoyubsa, o zaman standartları da qəbul etməlidir.

AMÄ°P katibi Æli Orucov ile ilgili görsel sonucu

Sivil, demokratik dəyərlərə əməl etmədən Avropa ilə uzun vədəli əməkdaşlıq qurula bilməz. Bu zaman isə ölkənin Avropa Birliyindən daha da uzaqlaşmasına gətirib çıxarır. Rusiya və İran ətraflarında Avropa dəyərlərinə sahib, bu məkana inteqrasiya olunan dövlətlər görmək istəmirlər. Xüsusən də Cənubi Qafqazda bu prosesi hər vasitə ilə əngəlləməyə çalışırlar. Biz hər iki qonşularımızla normal münasibətlərimizi  saxlamaqla və onların fundamental maraqlarına ciddi şəkildə toxunmadan tədricən Avroatlantika məkanına qovuşmağa doğru irəliləməliyik. Təbii ki, bu zaman müəyyən problemləri də göz önünə almalıyıq. Bir gün gələcək Rusiyada da, İranda da siyasi sistemlər dəyişərək, xalqın iradəsini əks edən rejimlər qurulacaq.

Odur ki, Azərbaycan indidən irəli sürülən və milli maraqlarımıza zidd olmayan şərtləri, təklifləri həyata keçirməli və Avropa Birliyi ilə sıx əməkdaşlığa, inteqrasiyaya nail olmalıdır. Müqavimət isə daxildə də, xaricdə də ölkəmizə qarşı çarpaz basqıları daha da artıra bilər. Bunun da qarşısında uzun müddət tab gətirmək mümkün deyil".

KXCP Ä°darÉ HeyÉtinin üzvü XÉzÉr Teyyublu ile ilgili görsel sonucu

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu qeyd etdi ki, Azərbaycana haqsız təzyiqlərin əleyhinədir. Demokratik məsələlərlə bağlı irəli sürülən təkliflərin isə qəbul olunmasını istəyir: “Azərbaycan müstəqil dövlətdir və onun demokratik dünya ailəsi içində yeri olmalıdır. Biz dünyadan qıraqda qala bilmərik. İnkişafda olan yüksək texnoloji inkişafı və yerləşdiyi coğrafi mövqe diktə edir ki, bizim gələcəkdə dünya idarəçiliyində birbaşa mühüm rolu olan təşkilatlarla əlaqələrimiz güclənsin. Beynəlxalq təşkilatlarla sıx və müntəzəm işlər görülməlidir. İqtidar üçün geniş imkanlar yaranıb, siyasi məhbuslar məsələsini müzakirəyə çıxarmaq, siyasi partiyalara münasibəti yumşaltmaq, seçki məsələsində ölkədə fəaliyyət göstərən partiyalarla birgə müzakirə aparmaq və vətəndaş cəmiyyətini dirçəltməklə Azərbaycanın mövqeyini gücləndirə bilər. İnkişafımız, hətta torpaqlarımızın azad olunması demokratiyadan, demokratik dünya ilə sıx əlaqələrdən, inteqrasiyadan keçir”.

Etibar SEYİDAĞA

 

Tarix: 7-07-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti