Adam bir dostların, bir də düşmənlərin hərəkətini izləyir. Dostun hərəkətini ona görə izləyirsən ki, uğurlarına sevinəsən. Düşmənisə ona görə nəzərdə saxlayırsan ki, səndən önə keçməsin.
Bu məntiqlə Ermənistanla müharibə aparmağımızdan burada baş verən hər şey bizimçün maraqlı olmalıdır.
Həm də yalnız Azərbaycan deyil, digər ölkələr də və ən birincisi də Rusiya ciddi şəkildə Ermənistandakı prosesləri izləməklə və bu ölkənin hara istiqamət götürəcəyini müəyyənləşdirməyə çalışmaqla məşğuldur.
Proseslər isə bir tərəfdən həm bəşəri məntiqə uyğun gəlir, həm də erməni məntiqinə. Bəşəri məntiqdən baxanda N.Paşinyan eyni zamanda bir neçə məsələni həll etməyə çalışır.
Bir tərəfdən hüquq və qanunun bütün gücünü əski S.Sarksiyan hakimiyyətinə yönəltməklə özünün əsas siyasi rəqibini bu il keçiriləcək parlament seçkiləri ərəfəsində zəiflətməyə cəhd edir.
Digər tərəfdənsə iqtisadiyyatda yeni nəfəslik açmaq gücündə olmayan baş nazir anlayır ki, korrupsiya və rüşvətxorluqla mübarizə bütün hallarda bu işi aparan siyasi qüvvəyə müsbət dividentlər gətirir. Üstəlik, belə neqativ hallara qarşı mübarizə həm də mövcud iqtisadiyyatda kiçik də olsa, tərpəniş yaratmaq iqtidarındadır.
Elə bu səbəbdən də bütün bu prosesləri bəşəri məntiqlə anlamaq və yozmaq mümkün bir işdir. Amma elə şeylər də var ki, onları anlamaq üçün bəşəri məntiq acizdir və burada yalnız erməni məntiqi yardımçı ola bilər.
İnqilab o deməkdir ki, qısa müddətdə cəmiyyət bir çox sferalarda aparılan siyasəti kardinal şəkildə dəyişmək olmasa da, hər halda, ciddi təftiş etmək zərurəti duyur. “Məxməri erməni inqilabı” ilə bağlı da bunu gözləyirdik. Amma olmadı...
Paradoksal məqam nədir? Deyirik ki, Dağlıq Qarabağla bağlı məsələlərdə, Azərbaycana münasibətdə Paşinyan elə Koçaryanın və Sarkisyanın yürütdüyü siyasəti davam edir. Halbuki həm Ermənistanın maraqları, həm də inqilabın məntiqi tamamilə başqa şey tələb edir.
Sual yaranır: Koçaryanın və Sarkisyanın Dağlıq Qarabağ problemilə bağlı apardığı siyasətin ən böyük qüsuru bu qondarma qurumu hələ də “müstəqil dövlət” kimi tanıtmaması idi, yoxsa Dağlıq Qarabağ adlı erməni prosesinin, ümumiyyətlə, tamamilə mənasız, heç bir vaxt həyata keçməyəcək xülya olduğunu anlamamaqları idi?
N.Paşinyanın bəyanatlarına və yaxud da şərhlərinə baxsaq, birinci əlaməti görərik - guya R.Koçaryanla S.Sarkisyanın səhvi bu müstəvidə düzgün siyasət aparmamaqdan, xüsusən də qondarma “dqr”-i tanıtmaqda yetərincə israrlı olmamaqdan ibarətdir.
Halbuki ortada R.Koçaryandan və S.Sarkisyandan da başqa L.Ter-Petrosyan presedenti də var. Ya Paşinyan Sarkisyanla Koçaryanı haqlı saymalıdı, ya da ki, L.Ter-Petrosyanı. Deyilənə görə, onun Petrosyanla yollarının üst-üstə düşdüyü vaxtlar da olub və elə biz də düşünürdük ki, Paşinyan heç olmasa, Qarabağla siyasətini formalaşdırarkən Petrosyanın da rəyini öyrənməyə cəhd edər. Amma olmadı...
Məsələnin paradoksal tərəfinə gəldikdə, biz Paşinyanı Koçaryan və Sarkisyan siyasətini davam etdirməkdə, ruslar isə bunun əksində ittiham edir.
Bu günlərdə Kremlin sözçülərindən biri, A.Duqin işarə etdi ki, hakimiyyətlər “dövlətçilik xəttini davam etdirməli”dirlər və belə yöndən yanaşanda Paşinyan da Koçaryanla Sarkisyanın siyasi kursunu dəyişməməlidir. Aydın məsələdir ki, rusları, o cümlədən də A.Duqini ən çox narahat edən Ermənistan-Rusiya münasibətləridir və onlar həmin bu müstəvidə Paşinyandan da Koçaryan və Sarkisyan kimi itaətkarlıq tələb edirlər.
O, itaətkar olacaq və ya olmayacaq-bunu zaman göstərəcək. Amma indidən aydındır ki, bununla bağlı Kremlin iki ssenarisi ola bilər. Paşinyanın dönük çıxacağı təqdirdə Kreml əvvəlcə Ermənistandakı vəziyyəti içəridən korrektə etməyə çalışacaq. Bununçün onun yetərincə təcrübəsi var. Yox, alınmazsa, o halda ciddi şəkildə “Qarabağ kartı” işə düşəcək. Buna qəti şübhəniz olmasın. Təbii, bu halda Kreml nəzərlərini Bakıya yönəldəcək...
Paşinyan isə bir az Saakaşvili (ölkədə korrupsiyanı cilovlamaq, qanunçuluq atmosferi yaratmaq), bir az da Koçaryan və Sarkisyan olmaq istəyir. Bir daha deyirik ki, bunlar Ermənistanın daxili siyasi mühitinə və bir də Dağlıq Qarabağ probleminə aiddir.
Aydınlaşmamış məqamsa Rusiyayla qurulacaq siyasətdir. Necə olacaq, necə bitəcək bu proseslər - İnşallah, bunu da görəcəyik.
N.Paşinyan L.Ter-Petrosyan qədər Şərq dünyagörüşünə və mədəniyyətinə bəlli olmasa da, güman, Şərq müdriklərindən tamam xəbərsiz də deyil, çünki bu da bəşəri mədəniyyətin hissəsidir və ümid edirik ki, ermənilər də özlərini ona aid edir və kəndilərini yad planetli saymırlar. Yer planetinin ağıllı insanlarınınsa (istər şərqli olsun, istərsə də qərbli!) bir kəlamı var: “hər şeydən bir az” həm də heç nə deməkdir.
Həm də hər şeyi qamarlamaq erməni xislətidir. Başları buna görə çox daşa dəyib, amma özlərinə qoyulmayıblar, çünki çiyinlərindəki baş yox, Allah bilir, nədir...