Duqin Ermənistan saytına:"Bütün Qarabağ Azərbaycan ərazisidir"


 

 

Ermənistandakı hökümətyönlü KİV-lərdən biri, 1in.am saytı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb.

Haqqin.az portalı erməni dilində yayımlanan həmin müsahibənin ən aktual hissələrini rus dilində dərc edib.

A.Duqin bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğaldan azad etdiyi Cocuq Mərcanlıya səfəri ilə bağlı sualı da cavablandırıb: “Hər şeydən əvvəl, siz bilməlisiniz ki, Rusiyanın fikrincə, təkcə Qarabağ ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın ərazisidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan torpağı kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. İkincisi, bu Lələtəpənin şəhərətrafına səfər idi. Bunu heç cür hər hansı hərbi məqsədlərlə baş çəkmək adlandırmaq olmaz. Mənim əllərimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Sadəcə anlamaq istəyirdim ki, bu ərazidə nələr baş verir, onlar nə dərəcədə dağıdıcıdır, nə qədər təhlükəlidir və sonrakı hadisələr necə inkişaf edə bilər. Və təkrar edirəm: biz bu əraziləri Azərbaycan torpağı kimi tanıyırıq və istənilən Rusiya vətəndaşının orada olması tamamilə normaldır...”

Tarix: 10-07-2018, 15:04
Xəbəri paylaş





Xəbər lenti