İbrahim Kalın: “Rusiyanın arqumentləri dinlənilməlidir”
“Rusiya ilə Qərb arasında yeni təhlükəsizlik arxitekturası çərçivəsində rus arqumentləri dinlənilməlidir, Moskvaya qarşı atılan istənilən addım bu sistemə təsir edəcək”.“Report” xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “The New York Times” qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, Qərb Rusiyanın Ukraynadakı hərbi əməliyyatını tamamilə rədd etsə də, Rusiyanın arqumentləri dinlənilməlidir, çünki münaqişədən sonra Rusiya ilə Qərb bloku arasında yeni təhlükəsizlik arxitekturası yaradılmalıdır.
“Biz növbəti soyuq müharibəyə yol verə bilmərik, bu, hamı üçün pis olacaq və bütün beynəlxalq siyasi və maliyyə sistemi üçün baha başa gələcək. İstər hərbi, istər siyasi, istər iqtisadi, istərsə də başqa baxımdan Rusiyaya qarşı atdığımız hər bir qərar, hər addım bu yeni təhlükəsizlik arxitekturasına təsir edəcək”.
Tarix: 20-03-2022, 10:16