Müharibədən sonra Rusiya və Putin...
Rusiyanın Ukrayna təcavüzünün ümumi hərbi və siyasi nəticələri açıq şəkildə əksər hallarda düzdün təsvir edilir. Sözsüz ki, Rusiya üçün Ukrayna tələsi Rusiyanın işğalçılıq mahiyyəti və Putinin şəxsi xüsusiyyətlərinə uyğun hazırlanıb və təbii ki, bu tələdən Rusiyanın salamat çıxmasına imkan verilməyəcək. Bu barədə hələ müharibədən əvvələr dəfələrlə yazmışam, çıxış etmişəm. Mübahisəsiz və mübağiləsiz bir cümlə ilə qeyd edim ki, Rusiya adlı bir dövlətin dövrü bitib və Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu mümkün deyil. Sözsüz ki, bu proses böyük omayan bir zaman daxilində baş verəcək və proseslər artıq geriydönməz axarındadır. Rusiya Ukrayna müharibəsindən sonra dünyanın mənzərəsi, SSRİ-nin dağılmasından sonra yaranmış beynəlxalq vəziyyətdən də siyasi baxımdan mürəkkəb olacaq. Bəs, Putinin öz şəxsi taleyi necə olacaq? Bu suala cavab verəcək və ya proqnozlar irəli sürə biləcək şəxslər ehtiyatı davranmaqla gözləmə mövqeyindədirlər. Şəxsimə gəldikdə isə, qənaətim belədir. Əvvəla, ruslar özü Rusiyanın indi düşdüyü rüsvayçı aqibətinə, Ukraynada biabırçı məğlubiyyətinə görə Putini heç bir halda bağışlayan deyil. Putinun şəxsi üçün əsas təhlükə xaricdən yox, məhz daxildəndir və Putin də bynu gözəl anlayır. Rus generalların müharibə etməkdən imtinası, əhalinin müharubəyə qarşı çıxması, rus ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin kütləvi etirazı və ölkəni tərk etməsi əlbəttə ki, Putini Rusiya hakimiyyətinin başında qalmasını mümkünsüz edib. Rusiya da daxil olmaqla dünyanı nüvə müharibəsi ilə məhv astanasına gətirmiş Putin artıq adekvat insan çərçivəsundən çox uzaqlaşıb. Kiyevi 12 saata tutacağı ilə öyünən Putin bir aya yaxındır ki, Kiyevə girməyə cəhd edir. Aristoviçin dediyi kimi, ruslar Kiyevə girə bilər, ancaq çıxa bilməzlər. 15 min əsgər itkisi verən, ordu gücün və umumi hərbi texnikasının 90%-ni itirmiş Rusiya eyni zamanda Ukraynada hərbi cinayətlər törədir, qadağan edilmiş silahlardan istifadə edir, kütləvi sivil əhalini qətlə yetirir, infrastrukturu dağıdır, yerli əhalini girov götürərək Rusiya ərazisinə məcburi köçürür və sair insanlığa qarşı cinayətlər törədilir. Putin nəyin bahasına olursa-olsun məğlubiyyətini gizlətməyə çalışır, müharibəni mənasız uzadır və bunu qəbul edə bilmir ki, artıq məğlub olub və hətta bundan sonra müəyyən hərbi qələbə qazansa belə məğlub olan məhz Rusiyadır. Putin ən dəhşətlisi isə iki yaxın xalqı bir-birinə qanlı düşmənə çevirməklə Rusiyaya tarixin ən böyük zərbəsini vurub çünki, rus dövlətçilyi, hegemonluğu məhz Ukrayna ilə birlikdən keçib. Putin bu genetik birliyi məhv etdi. Dünyanın Rusiya qarşı iqtisadi, diplomatik sanksiyaları misli görünməmiş səviyyədədir. Bu tədbirlər nəticəsində Rusiya iqtisadiyyatı ən azı 20-30 il geri düşüb, rus rublu ölü və dəyərsiz hala salınıb və proses daha acınacaqlı istiqamətdə inkişaf edir. Qısa olaraq qənaətim belədir ki, ruslar Rusiyanın aqibətinə görə (Qərbin Ukrayna tələsinin məqsədi Rusiyanı dağtmaqdır), dünya isə müharibə cinayətlərinə görə Putinə onun özünün layiq olduğu cəzanı verəcəkdir. Putinin mühakimə edilməsi, onun üçün nisbətən yaxşı taleh ola bilər hansı ki, Putinin mühakiməsi həm Rusiya daxilində rusların özü tərəfindən, pis halda isə beynəlxalq tribunada keçirilə bilər. Hərçənd ki, Vladimir Putinin mühakimə mərhələsinə çıxmacağına imkanının olacağı inandırıcı görünmür.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq.Siam.az
Tarix: 22-03-2022, 14:41