Polşa prezidenti Rusiya-NATO aktının ləğv edildiyini açıqlayıb

Polşa prezidenti Rusiya-NATO aktının ləğv edildiyini açıqlayıb
Polşa prezidenti Anjey Duda martın 22-də Buxarestdə jurnalistlərə bildirib ki, NATO-Rusiya Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik Aktı öz fəaliyyətini dayandırıb.
 “Ucadan demək lazımdır ki, Rusiya-NATO aktı öz mövcudluğunu dayandırıb. Bu akt artıq heç kimi bağlamır”, - deyə siyasətçi bildirib.
 
Qeyd edək ki, akt 1997-ci ildə imzalanıb. Onun sözlərinə görə, alyans yeni ölkələrinin ərazisinə əhəmiyyətli döyüş qüvvələri yerləşdirməməyi öhdəsinə götürüb. O vaxtdan bəri alyansa 14 ölkə qoşulub. Polşanın özü 1999-cu ildə NATO-ya qoşulub.
Tarix: 23-03-2022, 10:48
Xəbəri paylaş





Xəbər lenti