Milli Şura mitinq qərarı verdi – Bu ərazidə keçirilməsi planlaşdırılır
Milli Şura mitinq keçirəcək. Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib.
“Milli Şura aprelin 2-də saat 15:00-dan 17:00-dək Ukraynaya dəstək mitinqi haqqında qərar qəbul etdi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqin keçirilməsi üçün yer olaraq "Məhsul" stadionu, metronun "Nərimanov" stansiyası yaxınlığındakı park və "Ukrayna" dairəsi təklif olunacaq. Aksiya razılıq olacağı təqdirdə, təklif olunan meydanların birində baş tutacaq. Məqsədimiz Ukraynanın ərazi bütövlüyünün pozulmasına, dinc şəhərlərinin bombalanmasına xalqımızın etirazını nümayiş etdirmək, bu işğalçılıq müharibəsinin dayandırılmasını birlikdə tələb etməkdir” – Ə.Kərimli qeyd edib.
Tarix: 24-03-2022, 21:30