Lavrov: Rusiyaya qarşı total, hibrid müharibə elan edilib

Lavrov: Rusiyaya qarşı total, hibrid müharibə elan edilibSergey Lavrov

Rusiyaya qarşı total müharibə elan edilib. Qərb gizlətmir ki, onun siyasətinin məqsədləri Rusiya iqtisadiyyatını boğmaq və məhv etməkdən ibatətdir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun idarə heyətinin bu gün keçirilən iclasında deyib.
“Bu gün bizə əsl hibrid müharibə, “total müharibə” elan olundu - nasist Almaniyası tərəfindən istifadə edilən bu termin indi bir çox Avropa siyasətçiləri tərəfindən Rusiya Federasiyası ilə nə etmək istədikləri barədə danışarkən istifadə olunur.
Hətta onlar məqsədlərini gizlətmirlər də, açıq şəkildə bəyan edilir ki, Rusiya iqtisadiyyatını və bütövlükdə Rusiyanı dağıtmaq, sındırmaq, məhv etmək, boğmaq istəyirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.
Nazir qeyd edib ki, bu “sanksiya qanunsuzluğunda” Qərb həmkarlarının Rusiyaya təbliğ etdiyi bütün dəyərlərin - ifadə azadlığı, bazar iqtisadiyyatı, şəxsi mülkiyyətin toxunulmazlığı, təqsirsizlik prezumpsiyasının dəyərsiz olduğu aşkar olur.
XİN rəhbəri bildirib ki, kollektiv Qərbdən kənar ölkələrin böyük əksəriyyəti dünya səhnəsində “bir məqsədlə oynamaq” istəmir.
"BMT-nin təxribatçı qətnamələrinə verilən səslərin sayı ilə hoqqabazlıq edilən təbliğata baxmayaraq, tarixi və kollektiv Qərbdən kənar dünya ölkələrinin böyük əksəriyyəti birtərəfli oyuna girmək istəmir. Onlar böyük təzyiq altındadırlar", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, bu təzyiqlərə baxmayaraq, diqqəti Qərb ölkələrinin BMT-yə təqdim etdikləri “təxribat xarakterli təbliğat mətnləri”nə deyil, ticarət-iqtisadi əlaqələrin real durumuna yönəltmək lazımdır.
Tarix: 25-03-2022, 15:15
Xəbəri paylaş





Xəbər lenti