Kuleba Ərdoğanın açıqlamasını təkzib etdi


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukraynanın danışıqlarda 6 bənddən 4-ü üzrə razılığa gəlməsi barədə açıqlamasını təkzib edib.
 
Kuleba bu barədə “Ukrainskaya pravda”ya müsahibəsində danışıb.
 
“Türkiyə Prezidentinin qeyd etdiyi 4 bəndlə bağlı Rusiya ilə heç bir konsensus yoxdur”, - deyə Kuleba söyləyib.
 
O bildirib ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır. Belə ki, ölkənin yeganə dövlət dili Ukrayna dili olacaq. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəsə nail olmaq, təhlükəsizlik zəmanətləri və Ukraynanın ərazi bütövlüyü ilə bağlı fikrində qalır.
 
Qafqazinfo
Tarix: 26-03-2022, 10:23
Xəbəri paylaş





Xəbər lenti