Rusiya sülhməramlılarının əl-qolu bağlıdır
"Ermənistan rəsmilərinin və Qarabağdakı erməni separatçıların Azərbaycan ordusunun mövqelərini irəli çəkməsiylə bağlı yaydıqları xəbərlərin mətnində bölgədəki rusiyalı hərbçilərə yüngülcə tənqid hiss olunur". Siam.az xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, erməni rəsmilər açıqlamalarında “rusiyalı sülhməramlıların Azərbaycan hərbçilərini əvvəlki mövqelərinə qaytaracağına ümid edirik” deyirlər:
"Azərbaycan hərbçilərinin durduqları yerdən geri çəkilməsi ehtimalı azdır. Azərbaycan və Rusiya prezidentləri arasında 22 fevralda imzalanan bəyanata görə iki dövlət bir-birlərinin ərazisində separatçı fəaliyyətlərə imkan verməməlidir. Bəyanatın birinci bəndinə görə rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin separatçıları tərksilah etməsi prosesinə mane olmamalıdırlar. Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa, bu 22 fevral bəyanatına zidd olacaq. Kreml Ukrayna ilə yanaşı Cənubi Qafqazda dost adlandırdığı Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır. Digər tərəfdən rusiyalı hərbçilər bizə mane olmazlarsa Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların bölgədəki sülhməramlılara münasibəti dəyişəcəkmi? Burası maraqlıdır".
Tarix: 26-03-2022, 22:04