Əgər NATO-nun qətiyyəti yetərli olmasa, başqa yol var: "Bjezinski planı" gerçəkləşəcəkmi?

Əgər NATO-nun qətiyyəti yetərli olmasa, başqa yol var:
Böyük Britaniya və Polşa Kiyevlə müdafiə ittifaqı çərçivəsində NATO- dan asılı olmayaraq Ukraynanın tərəfində müharibəyə qoşulur?
Bu, mümkündürmü?
Yeni dünya müharibəsi təhlükəsi get- gedə daha çox gerçəyə çevrilir, bəziləri güman edir ki, bu müharibə artıq başlayıb. Bu zaman NATO sammitində növbəti dəfə bəyan edilib ki, alyans Ukrayna ərazisində hərbi münaqişəyə qoşulmayacaq.
 
Hələlik vəziyyət bu yaxınlarda ekranlara çıxan "Münhen: müharibə həddində" filminin ssenarisi üzrə inkişaf edir. Lakin hadisələr elə böyük sürətlə imkişaf edir ki, dünənki oyun qaydaları yenisi formalaşmadan ləğv edilir. NATO sammitinin keçiriməsinin rəsmi səbəbi Polşa və Ukrayna ilə həmrəyliyin nümayiş etdirilməsidir. Lakin analitiklər bu sammitin Polşada keçirilməsinin qeyri- rəsmi səbəblərini istisna etmir. Məlum olduğu kimi, polyaklar Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edib, bu da Rusiya tərəfindən kəskin etiraza səbəb olub və bu, təcavüz aktı kimi dəyərləndirilib.
 
NATO qarşısında duran məsələ nə vaxtadək Rusiya ilə birbaşa münaqişədən çəkinə biləcəyi məsələsidir ki, Rusiya mahiyyət etibarilə buna bəhanə axtarır.
 
Ukraynada döyüş meydanında baş verənlər haqqında xəbərlər arxasında müharibənin ilkin səbəbinin heç də "Donbasın müdafiə edilməsi" deyil, Kreml tərəfindən NATO- ya edilən ultimatum və bunum alyans tədəfindən rədd edilməsi olduğu az qala unudulub.
İndi bu ultimatum daha diplomatik kanallarla deyil, hərbi yolla edilir.
Hələlik Şimali Atlantika bloku döyüş əməliyyatları və ərazilərin zəbt edilməsini nəzərdə tutan hərbi çağırışa iqtisadi yolla cavab verir. Lakin bu yol xeyli uzundur. Görsənir ki, indi məsələ NATO ölkələrinin Moskvaya onun çox sevdiyi "assimmetrik cavab"ın verilməsi zamanı və bəhanələrindədir.
Belə cavabın ilk əlamətlərindən biri sınaq üçün Polşanın sülhməramlı missiyasının, məsələn, Ukraynanın qərbində yaşayan polyak əhalisinin xahişi ilə göndərilməsi ola bilərdi.
 
NATO ölkələri liderlərinin toplantısını bu və vəziyyətin daha radikal inkişaf ssenarilərinin qeyri- formal müzakirəsi demək olardı.
 
Üçtərəfli ittifaqın mövcudluğunu xatırlatmağa dəyər: fevralın 17- də, müharibədən bir qədər öncə, Böyük Britaniyanın təşəbbüsü ilə elan edilən Ukrayna, Polşa, Böyük Britaniya ittifaqı. Daha maraqlısı, əgər böyük müharibədən qaçmaq mümkün olacaqsa, demək olar ki, Moskva ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası" kitabında ifadə etdiyi tövsiyyələrini dəqiq yerinə yetirib. Bjezinskinin planının iki əsas bəndi belə idi:
 
Birincisi- Ukraynanı Rusiyadan birdəfəlik qoparmaq, bundan sonra Kreml böyük dövlət statusuna iddia edə bilməyəcək. Bu tövsiyyə əla yerinə yetirilib.
 
Moskva (adətən, "DXR" və "LXR" qardaş xalqlarının istəyinə cavab olaraq) qanlı savaşa başlayıb və Ukraynanı özündən birdəfəlik qoparıb.
 
Bjezinskinin planının ikinci  bəndi Rusiyanın sərhədlərində üçtərəfli Ukrayna- Almaniya- Polşa ittifaqının yaradılmasıdır.
Belə ittifaq öz hərbi gücünə görə praktiki olaraq Rusiya ordusunun gücünə bərabər olardı.
Nəticədə Ukrayna üçün daha yaxşı və Rusiya üçün daha pis alınıb. Bu üçlü ittifaqa Almaniyanın yerinə Böyük Britaniya daxil olub. Belə ittifaq daha güclüdür.
 
Rusiya ordusunun sayı 3 milyon 454 min nəfərdir, onların 2 milyonu ehtiyatda olanlardır.
 
Ukrayna silahlı qüvvələrinin sayı 1 milyon 339 min təşkil edir, onlardan təxminən 1 milyonu ehtiyatda olanlar və hərbiləşdirilmiş birləşmələrdir.
 
Polşa ordusunun sayı 160 min üstəgəl bur milyon ehiyatda olanlardır.
 
Böyük Britaniyanın ordusunun sayı 188- 225 min hərbçi təşkil edir. Ən əsası odur ki, Britaniya qoşunları Almaniya qoşunlarına nisbətən daha çox döyüş təcrübəsinə malikdir. Məhz ingilislər amerikanlarla birgə son illər İraqda, Əfqanıstanda və Fars körfəzində, demək olar ki, bütün hərbi kampaniyaların əsas zərbə gücü olub. Unutmayaq ki, Britaniya donanması dünyada ən güclülərindəndir.
 
Nəticədə qüvvələr nisbətini ciddi surətdə dəyişir.
 
Amma əsas odur ki, Almaniyadan fərqli olaraq, Böyük Britaniyanın nüvə silahı var. Ukrayna prezidenti müharibədən əvvəl bəyan edib ki, əgər ölkəsi təhlükəsizlik zəmanətlərini almasa, Ukraynanın Budapeşt memorandumunun işləməməsini hesab etməyə tam haqqı var və 1994- cü ilin bütün paket həlləri sual altına alınacaq.
Bir müttəfiqə digərinin yardım etməsinə kim mane ola bilər ki?
Bu zaman biz hələ dünyanın bir sıra nüvə ölkələrində, o cümlədən İsraildə işləyən Sovet İttifaqından çıxan, o cümlədən Ukrayna kökənli vətənpərvər ruhlu  alimlər barədə danışmırıq. Heç "Mossad"ın özünü də unutmaq olmaz. Nədən Ukrayna bir cüt nüvə sirrini açıb Rusiyanın diqqətini Suriyadan çəkməsin ki? Bu günlər Zelenskinin Ofis rəhbəri, atası yəhudi olan Andrey Yermak Ukrayna Silahlı Qüvvələrinin "Mossad"la məhsuldar əməkdaşlığı barədə bəyan edib.
Hazırki münaqişədə nüvə silahından istifadə edilməsi məsələsi artıq yüksək səviyyədə müzakirə edilməkdədir. Məlumdur ki, NATO- nun Nizamnaməsi alyans üzvü olan ölkələrə onunla bir alyansda olan digər ölkələrə yardımı qadağan etmir. Türkiyə Qarabağda müharibə zamanı Azərbaycana yardım edib, heç kim də, Rusiya da daxil olmaqla, buna mane ola bilməyib. Bundan başqa, ingilisdilli ölkələrin- ABŞ, İngiltərə və Avstraliyanın daxil olduğu AUKUS hərbi alyansı var. Kim ABŞ- a bu alyasın üzvü kimi Böyük Britaniyaya NATO- suz Ukraynaya yardımında dəstək olmağa mane ola bilər ki?
 
Tarixin daha bir dərsi görünür bu gün də aktualdır.
 
İkinci dünya müharibəsi Almaniyanın, daha sonra Sovet İttifaqının Polşaya hücumu ilə başlayıb. İngiltərə və Fransa Polşa ilə hərbi müqavilədə idi (Çexoslovakiyadan fərqli olaraq), bu da sonucda onun darmadağın edilməsinə gətirib çıxardı.
Formal qaydalara əsaslanan dünya düzəni Çexoslovakiya və Polşanı ikinci dünya müharibəsində qoruya bilmədi. Bu gün də Ukraynanı qoruya bilmir. Lakin formal qaydalar hər şeydən yaxşıdır.
Digər tərəfdən, məhz ikinci dünya müharibəsindən sonra, nəhayət, İsrail dövləti yaranıb, Avropa dövlətləri isə təxminən 70 il ərzində genişmiqyaslı hərbi əməliyyatlar aparmayıb, Yuqoslaviya istisnadır.
 
Ola bilsin ki, bu münaqişə tamamilə yeni dünya düzəninin yaradılmasına gətirib çıxarsın. İstisna deyil ki, bu düzən indikindən yaxşı olsun. Çox ola bilər ki, Rusiya bir neçə respublikalara parçalansın. Nəhayət, əgər Rusiya Polşanın bölünməsinə gətirib çıxarıbsa, polyaklar da Rusiyanın parçalanmasına gətirib çıxara bilər.
 
Vladimir Polyak, "Detaly", İsrail
Tarix: 27-03-2022, 16:46
Xəbəri paylaş





Xəbər lenti