Rusiyaya meydan oxumaq, onu təhqir etmək vətənə xəyanət deyil?! – Nəzakət Məmmədova



““Слава Украине” bağıranlar guya Azərbaycan xalqının Ukraynanı dəstəklədiyini, Rusiya tərəfdarı olanları söydüyünə bizi inandırıb yolumuzdan döndərməyə çalışdınız. Alınmadı! Çünki sizlər əmr qulu olan kölələrsiniz. Kimdə nə yoxdur, ondan danışar. Sizlər də özünüz azad olmaya-olmaya, durub azadlıqdan danışanda gülməli çıxır. Özləri dünya imperialist güclərin qulu, nökəri olan kəslər burdan Ukraynaya azadlıq tələb edirlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.
 
N.Məmmədova qeyd edib ki, demokratiyadan dəm vuranlar əks fikirdə olanları söyür, təhqir edir: “İç üzünüz heç zaman indiki kimi ifşa olunmamışdı. Əsl mahiyyətinizi ortaya qoydunuz. Xalq adından danışmağa heç kəs sizə hüquq verməyib. Xalqın adından danışmaq hüququ bu ölkədə yalnız bir nəfərə verilib, o da Prezident. Konstitusiya ölkə başçılarına bu səlahiyyəti verir. Ucqar kənddə yaşayan bir vətəndaşın Ukrayna nəyinə lazımdır?! Çoxunun qohumu Rusiyada pul qazanıb bunlara baxdığı halda... Bizim insanlar heç zaman özünə aid olmayan qlobal məsələlərə qarışmayıb, ona görə də bu məsələlərdə özünə əl qatan bir qrup Qərbin əmr qulları, sosial şəbəkələrdə xalq adından danışmaq haqqını haradan alırlar, bilmirəm. Neçə gündür dayanmadan söyürsünüz, susuruq, indi haqqımız var ki, biz də sizin cavabınızı verək. Amma şəxsimizə olan həqarətə görə yox, dövlətin maraqlarına olan təhdidə görə. Sizlər, Sorosçular, FETO-çular, Qərbə arxayın olub hakimiyyətə gəlmək ümidi ilə özünə əl qatan müxalifət və s. bu proseslərdə canfəşanlıq edənlər, bir düşünmədiniz ki, Qarabağda sülhməramlı saxlayan ölkənin əleyhinə iş görməklə 44 günlük müharibənin nəticələrini zərbə altına qoyursunuz?! Rusiyanı söymək sizə nə verir?! Bəli, şəxsi mənfəət baxımdan çox şey. Amma bu dövlətə, xalqa heç nə vermir. Ən həssas yerimiz olan Qarabağda vəziyyəti ermənilərin xeyrinə dəyişmək fürsəti verirsiniz. Sizin məqsədiniz təxribatçı əməlinizlə ara qatıb Qarabağdan sülhməramlıların çıxarılmasına nail olmaq, ATƏT-in Minsk Qrupunu yenidən ora gətirib soxmaq, daha bir 30 il danışıqlar adı altında Azərbaycan torpaqlarının ermənilərə verilməsinə şərait yaratmaqdir. Siz Ukrayna dərdi çəkmirsiniz, Qərbi yenidən gətirib Qarabağda ermənilərə dəstək verdirmək qarşınızda qoyulmuş əsas tapşırıqdır. Ukraynada ara qatan Qərb Azərbaycan əleyhinə erməni abidələri ilə bağlı qətnamə qəbul etdi, “Artsax” adlandırdıqları Qarabağ ermənilərinə 2 milyon dollar yardım ayırdı, Türkiyənin Yunanıstanla mübahisəli Egeydəki adaları xəritələrdə yunan torpaqları kimi göstərdi və s. Ona niyə etiraz etmirsiz?! Rusiyaya patoloji nifrət gözünüzü kor edib. Ağzını açanı “5-ci kolon” elan edib iftira atırsız. “5-ci kolon” öz ölkəsinin məğlubiyyətini istəyən daxili satqınlardır. Bu kriteriyalara siz uyğun gəlirsiniz, öz adınızı başqalarına qoymayın. 44 günlük müharibədə Azərbaycanın qalib ölkə statusunu sıfırlayıb, ermənilərə status verilməsinə çalışan Qərbin yanında yer aldığınız üçün. Ağzınızı açan kimi, başqa arqumentiniz yoxdur, 20 yanvar, Xocalı deyib özünüzü guya vətənpərvər göstərirsiniz. Həmin şəhidləri, üstəgəl 3 min 44 günlük müharibə şəhidlərimizi görməzdən gəlib ermənilərə status tələb edən Qərbin tapşırıqlarını yerinə yetirirsiniz. Sizin səcdə etdiyiniz ən qatı anti-Rusiya mövqeli şəxslər özləri etiraf edib ki, Qarabağ məsələsinin açarı Kremldədir. Bunu bilə-bilə durub Rusiyaya meydan oxumaq, onu təhqir etmək vətənə xəyanət deyil?! Siz ağılsızlar, qanmırsız ki, heç sayı 2 minə çatmayan sülhməramlılar oradan çıxsa, nə baş verə bilər?! Yaxşı, tutaq ki, sülhməramlılar çıxdı. Qərb Azərbaycana deyəcək, buyur, keç yuxarı başa, gəl Xankəndiyə bayraq sanc?! Dərhal Minsk Qrupunun bərpası, danışıqlar, ermənilərə status tələbi! Bəli, mən razıyam, qoy araşdırılsın kimdir “5-ci kolon”. Qarabağda qələbəmizi görməzdən gələn ermənipərəst Qərbi müdafiə edənlər, yoxsa çox doğru bir addım ataraq Azərbaycan-Rusiya müttəfiqliyinə dair bəyannaməyə imza atan ölkə başçısının siyasətinə dəstək verənlər?!”
Tarix: 28-03-2022, 00:10
Xəbəri paylaş





Xəbər lenti