Tanınmamış "Luqansk Xalq Respublikası" Rusiyanın tərkibinə daxil olmaq istəyir

Tanınmamış
Yaxın zamanlarda üzdəniraq "Luqansk Xalq Respublikası" ("LXR") ərazisində Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "LXR"- in rəhbəri Leonid Paseçnik məlumat verib, bunu Luqansk informasiya mərkəzi yazıb.
 
"Düşünürəm ki, yaxın zamanlarda respublikanın ərazisində referendum keçiriləcək və xalq özünün mütləq konstitusion hüquqlarını reallaşdıraraq Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə öz fikrini söyləyəcək. Nədənsə mən əminəm ki, bu, belə də olacaq", - Paseçnik deyib.
 
O, əmin olduğunu bildirib ki, "respublika" sakinlərinin əksəriyyəti Rusiya Federasiyasının bir hissəsi olmaq, "Krımda deyildiyi kimi, öz doğma limanına dönmək, nəhayət, işıqlı gələcək naminə işləmək arzusundadır".
 
"LXR" və "DXR"- in Rusiyanın tərkibinə daxil olmaq barədə qərar vermək hüququ var, bu, Rusiyanın Konstitusiyasına zidd deyil, Moskva onların suverenliyini tanıyıb", - "RİA Novosti" agentliyi Krasnodar diyarından Federasiya Şurasının üzvünə istinadən yazıb.
 
Ukrayna XİN- də Leonid Paseçnikin bəyanatına münasibət bildirilərək işğal edilmiş ərazilərdə hər hansı "referendumun" keçirilməsini hüquqi cəhətdən heç hesab adlandırıblar.
 
Ukrayna XİN- in rəsmi mövqeyini nazirliyin nümayəndəsi Oleq Nikolenko ifadə edib.
 
"Rusiya Federasiyası Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsıtmaq cəhdlərindən əl çəkmir. Müvəqqəti işğal edilmiş ərazilərdə hər hansı saxta referendumun  keçirilməsi heç nədir və onun hüquqi nəticələri olmayacaq. Dünyanın heç bir ölkəsi dövlətimizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin zorla dəyişdirilməsini tanımayacaq. Əvəzində Rusiya beynəlxalq birlik tərəfindən qəti cavab alacaq və onun qlobal təcridə yuvarlanması sürətlənəcək", - Nikolenko vurğulayıb.
Tarix: 28-03-2022, 08:57
Xəbəri paylaş





Xəbər lenti