Son günlər Xankəndində və ətraf ərazilərdə baş verən məlum proseslər və Azərbaycan ordusunun dislokasiya məntəqələrinin yerdətişməsi fonunda belə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair müzakirələr səngimir.
Əvvəllər də qeyd etdiyim kimi, şəxsimdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda bağlanmasının əleyhinəyəm . Gələcək geosiyasi proseslərsən asılı olaraq əsas hədəflərimizə çatmaq üçün ümumən Ermənistanla sülh müqaviləsinin bağlanmasından tam imtina da etmək olar. Fikirlərimi izah etmək üçün əvvəla qeyd edim ki, dövlətimizin Ermənistanla sülh müqaviləsinin mümkünlüyünün müzakirə edilməsi prosesi düzgün strategiya və siyasi gedişdir. Sülh müqaviləsinin bağlanması prosesinin mümkün qədər çox uzadılması əslində Azərbaycan böyük hədəflərinə çatmaq imkanını qoruyur. Birinci ən vacib şərt, əgər Azərbaycan Ermənistan arasında mümkün sülh müqaviləsinin müzakirəsi konkret tarixindən asılı olmayaraq SSRİ dövrünə aid xəritlərə uyğun aparılırsa, bu Azərbaycanın maraqlarına uyğun deyil ona görə ki, bu SSRİ dövründə Azərbaycanın Zəngəzur da daxil olmaqla digər əraziləri Azərbaycanın razılığı və imzası olmadan Rusiya hakimiyyəti tərəfindən Ermənistana qanunsuz verilmiş-bəxşiş edilmiş 10 minlərlə kv.km ərazilərimizdən imtina etmək deməkdir və həmin ərazilərimizin Ermənistana verilməsini rəsmən qanuniləşdirmiş oluruq. İkincisi, bəzi analitiklərin fikrincə, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin boğulması deməkdir. Təbii ki, belədir, ancaq çox təəssüf ki, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin yaradıcısı və moderatoru Rusiyanı istəyindən çəkindirici hüquqi vasitə ola bilməz. Ermənistan faktiki Rusiyanın nəzarətində olsa da Ermənistanla sülh müqaviləsi Ermənistana aiddir, Rusiyaya yox, nə də Fransaya, ABŞ-a, İrana yox hərçənd ki, Qarabağda yaşayan ermənilər istənilən dövlət və qrup tərəfindən separatizm havasına oynadıla bilər. Digər tərəfdən İranla normallaşan münadibərlərimiz İran-fars xislətini dəyişdirmək gücündə deyil. Fransa, ABŞ və sair bəzi dövlətlər haqqında artıq sözə ehtiyac yoxdur. Yəni ki, Ermənistanla sülh müqaviləsi Qarabağda erməni separatizmin sonu demək deyil. Tarixin elə bir dövrüdür ki, Azərbaycanın daha böyük hədəfləri üçün real imkanlar yaranıb hansı ki, xalqlara belə imkanlar əsrlər boyu nəsib olmur. Rusiya işğalçılıq mahiyyət və xarakterinə uyğun illərlə hazırlanmış Ukrayna tələsinə salındı və Rusiyanın məhvi geriyədönməz proses alıb. Təbii ki, ən azı Rusiyanın zəifləməsindən sonra, erməni probleminin tamam ilə həlli də o qədər asanlaşacaq. Rusiya ilə Qərbin "hesabı" bitənədək və yaxud Azərbaycan üçün daha da əlverişli şərait yarananadək, Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsinin siyasi gündəmdə saxlamaq daha düzgündür. 1920-ci il Paris Sülh Konfransı tərəfindən tanınmış Azərbaycan və Ermənistan sərhədləri daxilində sülh müqaviləsini bağlanması həm mümkün, həm də ədalətli olardı. Azərbaycan dövləti, xalqı siyasi əxlaq, diplomatik mədəniyyət sahibi və sözünün ağası kimi, tarixdə özünə məxsus nüfuzu ilə tanınır. Bu yerdə Cənab prezident İlham Əliyevin "sözümüz imzamız kimi etibarlıdır" kəlməsini qeyd etmək lap yerinə düşər və hansı ki, xalqımızın mənəviyyatının, dövlətimizin dürüstlüyünün göstərcisidir. İndiki şəraitdə, əgər Azərbaycan SSRİ dövrünə uyğun sərhədlər daxilində Ermənistanla sülh müqaviləsi bağlayarsa, gəkəcəkdə geosiyasi şərait əsaslı şəkildə Azərbaycanın xeyrinə dəyişsə də belə, SSRİ dövründə qanunsuz verilmiş ərazilərimizi geri qaytarmaq siyasi, hüquqi və eləcə də mənəvi çətinliklər yarada bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında tələsik sülh müüaviləsinin bağlanmasın əleyhinə, danışıqların isə aramla, səbrlə aparılmasının leyhinəyəm.
Vüqar Dadaşov Qarabağ qazisi, hüquqşünas