Rusiya, sənin özünü qoruyan lazımdı, sən kimə hədə gəlirsən?!

 
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Rusiya dövlət televiziya kanalında  Olqa Skabayeva və Yevgeni Popovun  təbliğatçı "60 dəqiqə" verlişində Azərbaycan ordusunun Fərrux dağında və eyni adlı kəndində möhkəmlənməsinə: “Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. 
Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu, Amerika və Türk aqressiya siyasətidir və Türkiyənin dövlət adlanırdığımız əlaltılarının davranışları bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməsək, biz olmayacağıq” kimi sərsəm münasibət bildirib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov: "Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin mövqeyinə uyğun deyil. Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla bağlıdır”- deyə bildirib. Deputat Delyaqin özü də dediklərinə görə Azəbaycan xalqından üzr istəyib. Əvvəla, Peskovun açıqlaması, Delyaqinin üzrxahlığı mahiyyətcə diplomatik riyakarlıqdır ona görə ki, deputat Delyaqin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) elmi mərkəzinin üzvü, Dövlət Dumasının komitə sədrinin müavinidir yəni, Rusiya dövlətinin nümayəndəsi kimi rəsmi şəxsdir. Bu isə o deməkdir ki, Delyaqin bilikli, təcrübəli rəsmi şəxs kimi, Azərbaycan barəsində belə sərsəm açıqlamaları təsadüfən verə bilməzdi və sözsüz ki, TŞ-nın məsul əməkdaşı kimi bunu özbaşına etmək iqtidarında  deyil və həm də Rusiyanın dövlət kanalında. Sözsüz ki,  Rusiya hakimiyyəti deputat Delyaqinin dili ilə Azərbaycana apardığı müstəqil siyasətə görə narahatçılıq  keçirdiyini büruzə və həm də etiraf edir. Eyni zamanda da bu həm də onu göstərir ki,  Rusiya Azərbaycanın nəinki regionda dünyada artan nüfuzundan bərk-bərk ehtiyat edir. Deputat Delyaqinin sərsəm açıqlaması, Ukrayna prezidenti Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək verdiyi siyasi dəstək, göstərdiyi köməyə təşəkkürünü bildirəndən və rus "sülhməramlılarının" Qarabağ iqtisadi zonasında Fərrux əməliyyatına görə Rusiya Müdafiə Nazirliyinin yalanını ifşa etdikdən və  geri çəkilməyə məcbur qoyduğundan sonra deputat Delyaqinin sərsəm açıqlaması şübhəsiz ki, onun özünün yox Rusiya dövlətinin işğalçı mahiyyətinə uyğun reaksiyası idi. Hər şey gün kimi aydındır. Rusiya uğursuzluğa yuvarlandıqca, nüfuzdan düşdükcə daha da aqresivləşəcək, hikkəsinə sahib ola bilməyəcək, hədə-qorxu  ritorikasının həddi-səddi olmayacaq. O ki, qaldı Delyaqinin təhdidlərinə, ümumiyyətlə  Azərbaycan xalqı, dövləti Rusiya tərəfindən təhdidlərə vərdişkardır və əvvəllər belə təhdidlər müəyyən effekt versə də, son dövürdə rus təhdidinin, basqısının heç bir təsir qüvvəsi yoxdur. Aprel göyüşləri, Günnük əməliyyatı, Tovuz döyüşləri, 44 günlük müharibə, Qənimətlər Parkı, Fərrux əməliyyatı və davam edən Rusiyanın Ukraynadakı aqibəti onu sübut edir ki, rusun özünü müdafiə edən lazımdır, Rusiya o gündədir ki, Ermənistanın 4 qırıcısına möhtac qalıb, bu birincisi. İkincisi, Rusiyanın üstümüzə gələcəyi varsa,  əlimizdən yeni görəcəyi də var. Üçüncüsü, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi real və etibarlı müttəfiqləri, Rusiyanın isə Suriya, Belorusiya, Ermənistan kimi çarəsiz əl çalanları var.  Kiyevi 12 saata tutacağı ilə hədələyən və 64 km uzunluqda hərbi kalonla Kiyevə yol tutan Rusiyanın 35 gündü nə yolu bitir, nə də o kalonu tapılır.  Delyaqin kimilərə Bakıda Qənimətlər Parkını bir dəfə görmək kifayət edir ki, bir daha Azərbaycana "kosa" baxmasın. Allah Azərbaycan dövlətini qorusun, ordumuz həmişə müzəffər, xalqımız daima qalib olsun inşəAllah.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, hüquqşünas.
Siam.az
Tarix: 30-03-2022, 17:04
Xəbəri paylaş





Xəbər lenti