Zelenski demokratiyanı yenidən cəlbedici edirmi?

Ukraynaya hərbi müdaxilə ölkə prezidenti Volodimir Zelenskini diqqət mərkəzinə çevirdi. Bir çoxlarının keçmiş aktyor və komediyaçını zəif olaraq qəbul etməsinə baxmayaraq, o, ABŞ-ın onu münaqişə zonasında təxliyə etmək təklifinə “Burada döyüş gedir, mənə təxliyə deyil, sursat lazımdır” – deyə, cavabı ilə dünyanın diqqətini cəlb etdi.
“Məncə onun adı tarixə həkk olunacaq,” Corc H. V. Buş adına ABŞ-Çin Münasibətləri Fondunun baş əməkdaşı Kennet Dekleva deyib. “Biz iki il dünya boyu davam edən pandemiyadan sonra istər avtoritar cəmiyyətlərdə, istərsə də Qərbdəki demokratik cəmiyyətlərdə çox sayda rəhbərliklərin o qədər çox uğursuzluqlarını görmüşük ki, Zelenski yeni bir nəfəs oldu… Zelenski insanları ilhamlandırdı və bizə göstərdi ki, yaxşı rəhbərlik və cəsarət, qəhrəmanlıq – bu cür əsas dəyərlər – əhəmiyyətlidir.”
Zelenski Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən bəri gizlənmək əvəzinə göz önündə qaldı, sosial media və müşavirlərinin paylaşdığı video görüntülərdə üzə çıxdı.
Volodimir Zelenski
Volodimir Zelenski
Vaşinqton Universitetinin fəlsəfə, ictimai siyasət və idarəçilik üzrə professoru Maykl Bleykin sözlərinə görə, kişi liderlər adətən güc, kişilik və liderlik üçün nəzərdə tutulma hissini nümayiş etdirməyə çalışırlar.
“Zelenski daha qeyri-adi bir liderlik mənzərəsi təqdim edir. Belə ki, onun trayektoriyası tale və ya bir növ siyasi dahilik tərəfindən təyin edilmir. Əksinə, bu, demək olar ki, təsadüfdür,” Bleyk deyir. “Onun şəxsi özünü təqdimetmə tərzinə qeyri-adi qorxunun olmaması və ya qeyri-adi fiziki şücaəti təsvir etmək daxil deyil. Əksinə o, vahimələndiyini və bəzən əsəblərinin pozulduğunu göstərməkdən çəkinmir.”
Volodimir Zelenski Kyivdə xəstəxananı ziyarət edir.
Volodimir Zelenski Kyivdə xəstəxananı ziyarət edir.
Zelenski həm də adi liderlik görünüşündən də çəkinir. O, tünd kostyumunu və qalstukunu bir kənara qoyub, daha çox əsgərlər və ya üsyançı partizanlarla əlaqəli olan zeytun-yaşıl rəngli köynək və ya gödəkçəyə üstünlük verib.

“Məncə bu daha çox “Mən buradayam. Mən həqiqətən də sizinləyəm”in simvoludur və bu, inanılmaz dərəcədə güclüdür,” Omahada yerləşən Nebraska Universitetinin sənaye və təşkilat psixologiyası professoru Samuel Hanter deyir. “Düşünürəm ki, o, kostyumlarda olan insanları bir az incitmək, başqalarının etmək istəmədiyi işləri edən, dəyişiklik edən bir insan olmaq istəyirdi.”

Sosial media ilə müraciət
Zelenski Donald Tramp kimi kütlə ilə birbaşa ünsiyyət qurmaq üçün sosial mediadan istifadə etməyi öyrəndi. Tramp, sözçüləri və mətbuat daxil olmaqla, üçüncü şəxsləri ortadan çıxararaq tərəfdarlına birbaşa tvitlər atırdı. Tramp əsasən Twitter-dən istifadə edirdi, Zelenski isə daha çox Instagram-dan.
“Sanki (Trampın) düşüncələri ilə insanların gördükləri, eşitdikləri və oxuduqları arasında birbaşa bir xətt var idi,” Hanter deyir. “Mən düşünürəm ki, Zelenski bu yoldakı növbəti məlumat nöqtəsini təmsil edir, amma bu daha vizualdır və gənc nəslə daha çox cəlbedici və maraqlı şəkildə xitab edir.”
"Xalqın xidmətçisi" serialının posteri.
“Xalqın xidmətçisi” serialının posteri.
Zelenskinin güclərindən biri odur ki, onun nəsillərarası bir cazibəsi var.
“O bəlkə də bir çox nəslin əlaqə qura biləcəyi biridir, təkcə ona görə yox ki, o, sosial media dünyası ilə məşğul olmağı bacarır, bir neçə dildə danışır və belə desək bir növ Hollivud ulduzudur, amma həm də ona görə ki, o, təhlükəli olan ərazilərdə qalmağa davam edir,” Hanter deyir. “O, yaşlı nəslin də hörmətini qazanır. Məncə o başqa liderlərin edə bilmədiyi kimi bir çox nəslə xitab edir.”
Zelenski kütlə ilə əlaqə quran ilk keçmiş aktyor deyil. ABŞ Prezidenti Ronald Reyqan aktyorluq keçmişi səbəbilə görüntü və təqdimatın əhəmiyyətindən xəbərdar idi. Uğurlu realiti televiziya şousunda iştirak edən Tramp da özünü necə təqdim etdiyinə çox əhəmiyyət verir.
“Məncə, siyasətçilərin aktyorlarla kifayət qədər ortaq cəhətlərinin olması çox nəzərə alınmayan bir faktdır,” Bleyk deyir. “Məncə burada həqiqətən də fərqli olan Zelenskinin rol dəyişməsidir.”

Yeni rəhbərlik modeli

Bu dəyişiklik yeni demokratik rəhbərlik modelini yarada bilər.
“O, üzü qırxılmamış vəziyyətdə, gözlərinin altında torbalarla üzə çıxıb “Mən hələ də buradayam” deyəndə. Hər dəfə geri gəlib “mən hələ də buradayam” deyəndə” – bunun həqiqətən də işi görəcək rəhbərlik modelinin ola biləcəyini göstərdi,” Bleyk deyir.
Son illərdə populizmin mesajı getdikcə daha çox izləyici cəlb edib. Demokratik ölkələrin sayını izləyən Freedom House təşkilatı son 20 il ərzində funksional demokratik idarəçiliyin hər il azaldığını qeyd edib.

“Bu, müəyyən dərəcədə layiq olmayan “başqasının” gəlib, sizin iqtisadi statusunuzu sarsıtması qorxusu ilə dolu bir dünyada populizmin ritorika gücünün nəticəsidir,” Bleyk deyir. “İnsanlar iqtisadi məhsuldarlığın aşağı düşməsindən, mədəni bütövlüyü pozan genişmiqyaslı miqrasiyadan qorxurlar. İnsanlar sadəcə olaraq qorxurlar, ona görə də populist onları asanlıqla cəlb edir, çünki “Mən Tanrının toxunuşu ilə sizi ədalətsiz şəkildə sizdən alınan əvvəlki əzəmətə qaytarmaq üçün buradayam” deyir.”
Ukrayna Prezidenti Volodimir Zelenski. 10 oktyabr, 2019.
Ukrayna Prezidenti Volodimir Zelenski. 10 oktyabr, 2019.
Bleyk deyir ki, buna idarə olunanların razılığının vacibliyi kimi demokratik bayağılığı təkrarlamaqdan başqa yaxşı alternativ yoxdur. Ancaq Zelenski nümayiş etdirir ki, demokratik rəhbərlik həm mənəvi cəhətdən haqlı olmaq, həm də eyni zamanda insanlarda emosiya oyatmaq imkanına malikdir.
Zelenskinin təkcə başlara deyil, qəlblərə xitab etməsi son dərəcə ümidvericidir, çünki bu onu göstərir ki, demokratiyanın ritorika gücü ilə yanaşı, intellektual gücü də ola bilər,” Bleyk deyir. “Bunun uğrunda mübarizə aparmağa dəyər. Bunun üçün əziyyət çəkməyə dəyər. İnsanlar da buna reaksiya verirlər.”
Amerikanın səsi
Tarix: 31-03-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti