Putinin üç əsas dayağı hansıdır? Saray çevrilişi mümkündürmü?..-"Deutsche Welle"

Putinin üç əsas dayağı  hansıdır? Saray çevrilişi mümkündürmü?..-
"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin üç əsas dayağı var - məxfi xidmətlər, polis və ordu..."
 
Moderator.az xəbər verir ki, Almaniyanın "Deutsche Welle" nəşrinin məlumatına görə, bunu Rusiya Federasiyası üzrə avstriyalı ekspert, İnsbruk Universitetinin beynəlxalq əlaqələr professoru Gerhard Manqot bildirib.
 
Ekspertin fikrincə, indi Rusiyada “saray çevrilişi” mümkün deyil.
 
"Mən hazırkı zamanda saray çevrilişini son dərəcə qeyri-mümkün hesab edirəm" -deyib Manqot.
 
Ekspert qeyd edib ki, Rusiya Federasiyasının rəhbəri “özünün üç əsas dayağına - orduya, polisə və xüsusi xidmət orqanlarına hələ də arxalana bilər”.
“Cəmiyyətdə də təlatüm yoxdur, çünki... Rusiya əhalisinin əksəriyyəti hələ də Ukraynadakı “xüsusi əməliyyatı” dəstəkləyir”" -avstriyalı ekspert belə hesab edir.

Tarix: 1-04-2022, 09:53
Xəbəri paylaş





Xəbər lenti