Blinken Əliyev və Paşinyan ilə Qarabağla Ukraynanı müzakirə edib
Çərşənbə axşamı Vaşinqton prezident Əliyev, Ermənistanın baş naziri Paşinyan və Avropa Şurasının sədri Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə keçiriləcək Ermənistan- Azərbaycan sülh danışıqlarını dəstəkləyib, Dövlət Departamentinin məlumatında deyilir.Turan-ın Vaşinqton müxbiri bildirib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərilə telefon danışıqları aparıb.
Blinken təkrar edb ki,“ABŞ ikitərəfli əsasda və Minsk qrupu üzrə tərəfdaşlarla birlikdə uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək edir”, – Dövlət Departamentinin mətbuat katibi Ned Prays söhbətlərin məzmununu şərh edərkən deyib.
Hər iki liderlə söhbət zamanı dövlət katibi “Kremlin Ukraynadakı dəhşətli hərbi cinayətlərini pisləyib, Ukraynaya qarşı əsassız və haqsız müharibəyə görə Rusiya Federasiyasının və onun əlaltılarının məsuliyyətə cəlb edilməsilə bağlı ABŞ və onların tərəfdaşlarının dəyişməz sadiqliyini vurğulayıb”, – Dövlət Departamentinin məlumatında bildirilir.
Paşinyanla söhbət zamanı Blinken qeyd edib ki, “indi regionda eskalasiyanın artmasının vaxtı deyil”.
Əliyevlə söhbət zamanı dövlət katibi “təmkinliyə, deeskalasiyaya və diplomatiyanın bərpasına çağırıb”.
Həmçinin Blinken ötən istirahət günü Bakıda baş vermiş faciəli qaz partlayışı ilə bağlı başsağlığı verib.
Contact.az
Tarix: 6-04-2022, 14:11