Rusiyaya tətbiq edilən sanksiyalar – SİYAHI


Rusiyanın Ukraynada hərbi əməliyyatlar başlatmasının ardından bır sıra ölkələr ona qarşı müxtəlif sanksiyalar tətbiq etməyə başladı.
Yeniavaz.com
“BBC”yə istinadən Ukraynada müharibə başladıqdan sonra Rusiyaya tətbiq edilən sanksiyaların siyahısını təqdim edir:- Böyük Britaniya, Aİ və ABŞ tərəfindən ikili təyinatlı malların - avtomobil hissələri kimi həm mülki, həm də hərbi təyinatlı malların ixracına qadağa qoyulub.- ABŞ, Böyük Britaniya, Aİ və Kanada hava məkanında bütün Rusiya uçuşlarına qadağa qoyulub. Böyük Britaniya da ruslar tərəfindən icarəyə götürülmüş şəxsi təyyarələrə də həbs qoyub.- Böyük Britaniya Rusiyaya dəbdəbəli malların, o cümlədən nəqliyyat vasitələrinin, yüksək səviyyəli moda və incəsənət məhsullarının ixracını qadağan edəcək. Aİ artıq qadağa qoyub. Böyük Britaniya həmçinin Rusiyadan idxal edilən bəzi məhsullara, o cümlədən arağa 35% vergi tətbiq edəcək.- ABŞ, Aİ və Böyük Britaniya birlikdə Kremlə yaxın sayılan oliqarxlar kimi tanınan varlı biznes liderləri də daxil olmaqla, 1000-dən çox rusiyalı fiziki şəxsə və biznesə sanksiya tətbiq edib. Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər də ABŞ, Aİ, Böyük Britaniya və Kanadada dondurulur.- ABŞ Rusiyadan bütün neft və qaz idxalını qadağan edib və Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandıracağını açıqlayıb. Neftin dörddə birini və qazın 40%-ni Rusiyadan alan Aİ alternativ tədarüklərə keçəcəyini və Avropanı 2030-cu ilə qədər Rusiya enerjisindən “müstəqil” edəcəyini deyir. Almaniya Rusiyadan “Şimal axını 2” qaz kəmərinin açılmasına icazəni dayandırıb.- Qərb ölkələri Rusiya Mərkəzi Bankının 630 milyard dollar valyuta ehtiyatından istifadəsini dayandırmaq üçün onun aktivlərini dondurub.- “McDonald's”, “Coca-Cola” və “Starbucks” da daxil olmaqla getdikcə daha çox beynəlxalq şirkətlər Rusiyada ticarəti dayandırıblar.- Buçada kütləvi qətllərin görüntülərinin yayılmasından sonra Almaniya 40, Fransa 35 rus diplomatını ölkədən çıxaracağını açıqlayıb. Litva Rusiya səfirini ölkədən çıxarıb. İndiyədək doqquz Aİ ölkəsi və ABŞ birlikdə 250-dən çox rusiyalı diplomat və səfirlik işçisini ölkədən çıxarıb.
Tarix: 6-04-2022, 14:58
Xəbəri paylaş





Xəbər lenti