Ukrayna lideri Zelenski BMT Təhlükəsizlik Şurasına müraciətində Rusiyanın siyasi və hərbi rəhbərliyinin Buça qətliamına görə məsuliyyət daşımasını və Rusiyanın şuradan çıxarılmasını tələb edib. Sessiyada Rusiya nümayəndəsi də iştirak edib və O, videobağlantı ilə çıxış edib. Beləliklə, Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq mümkündürmü? Yaxud Avropa Şurasına üzvlüyü dayandırıldığı üçün onun BMT-dəki mövcudluğu dondurula bilərmi?
Sualın cavabı ilk baxışdan “yox” kimi görsənir. Lakin Rusiyanın Sovet İttifaqının qalığı kimi BMT TŞ-yə üzvlüyünün legitimliyi ilə bağlı mürəkkəb hüquqi mübahisələr də var. Ukrayna hökuməti işğalın ilk dəqiqələrindən Rusiyanın üzvlüyünün etibarsız olduğunu qeyd edir, lakin onun keçmiş sovet respublikası kimliyi ilə BMT-dəki mövqeyi Rusiyadan heç də fərqlənmir.
Ukraynaya təcavüzü ilə hər gün yeni sanksiyalarla üzləşən Rusiyanın pariya dövləti statusuna endirilməsinin qarşısında ən böyük maneə nüvə gücünə malik Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi, veto hüququna sahib olmasıdır.
BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdehdir; bu məsuliyyəti yerinə yetirmək üçün məcburi hərəkətlərə (məsələn, hərbi müdaxilə və ya sanksiyalar) müraciət etmək hüququna malikdir.
Rusiyanın təcavüzkar kimi sülh və təhlükəsizliyə cavabdeh mövqe tutması, təbii ki, absurddur. Dünyanın beşdən böyük olmadığı sistemin təhrifi isə göz qabağındadır. Rusiyanın veto hüququ fevralın 27-də Ukraynanın işğalını pisləyən 2623 saylı qətnaməyə tamamilə zidd davranış oldu. Qınama qərarı martın 3-də Baş Assambleyada qəbul edildi, ancaq onun da icra səlahiyyəti məhduddur.
Əslində, Zelenskinin çağırışına BMT Təhlükəsizlik Şurasının strukturunda Rusiyanın veto hüququnu əlindən alacaq şəkildə islahat da daxildir.
Ancaq belə bir islahatdan söhbət gedə bilməz. Çünki daimi üzvlər yalnız 15 üzvdən ibarət şuranın prosessual səs çoxluğu ilə bağlı qərarını təqdim etməlidirlər. Onlar “digərləri” adlandırdığı dövlətlərin əhatə dairəsinə daxil olan bütün qərarlara veto qoya bilərlər. Lakin məzmun və ya prosedurla bağlı qərarlar “digər” başlığı altında tənzimləndiyi üçün daimi üzvlərə “veto yolu” açılır. Bu “ikiqat veto” məsələsi həm də daimi üzvlərin səlahiyyətlərini gücləndirir. Onlar hətta təkbaşına BMT Konvensiyasına istənilən dəyişikliyə də veto qoya bilərlər.
BMT Baş Assambleyası mühüm qərarlar qəbul edə bilər. Baş katibin seçilməsi və ya BMT-yə yeni üzvlərin qəbulu kimi. Ancaq təbii ki, Təhlükəsizlik Şurasının tövsiyəsi ilə. Veto hüququ burada da işə düşür. Beş daimi üzvdən birinin vetosu tövsiyənin qarşısını almaq üçün kifayətdir. BMT Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq üzvün xaric edilməsi və ya 5-ci maddəyə əsasən, onun üzvlüyünün müvəqqəti dayandırılması da veto hüququ ilə bağlıdır. Aydındır ki, Rusiya özünün Şuradan ixracına veto qoyacaq. Rusiyanın üzvlüyü ilə bağlı BMT Konvensiyasına düzəlişlər etmək kimi radikal variant da eyni maneə ilə rastlaşır. Belə ki, 108-ci maddəyə əsasən, istənilən dəyişiklik üçün Təhlükəsizlik Şurasının bütün beş daimi üzvünün səsi də daxil olmaqla, üçdə iki səs çoxluğu tələb olunur.
Zelenskinin islahat debütü ritorikadan ibarətdir. Ukraynanın məşğul olduğu əsas məsələ Rusiyanın veto hüququnun etibarsız sayılmasıdır. Onun başlanğıc nöqtəsi BMT Konvensiyasının 23-cü maddəsinə əsaslanır.
Bu maddəyə əsasən, Təhlükəsizlik Şurasının daimi üzvləri aşağıdakı kimi sıralanır: Çin Xalq Respublikası, Fransa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı.Ancaq SSRİ 1991-ci ilin dekabrında dağıldı və BMT Konvensiyasına “Rusiya Federasiyası”nı siyahıya daxil etmək üçün düzəliş edilmədi.
Rusiya özünü ona miras qalmış bütün hüquqlarla SSRİ-nin davamçısı kimi mövqeləndirir, Ukrayna isə BMT Konvensiyasında “təşkilata aparan gizli yol” kimi “davamlılıq”dan bəhs edilmədiyini iddia edir. Bu fikri müdafiə edən bəzi hüquqşünaslar, politoloqlar var. Bəzi diplomatlar, məsələn, ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol bu fikirdədir.
Ancaq eyni şey Ukraynanın 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan edən BMT-dəki mövcudluğuna da aiddir. Ukrayna Sovet Sosialist Respublikası Birləşmiş Millətlər Təşkilatının qurucu üzvüdür. Qərbin səsvermə çəkisinə etimadsızlığı səbəbindən Stalin Ukrayna SSR və Belarus Sovet Sosialist Respublikasının SSRİ ilə yanaşı, ayrıca səsvermə hüququna malik üzv olmasını təmin etdi. Beləliklə, onlar Baş Assambleyada üç, Təhlükəsizlik Şurasında isə iki səs hüququna malik idilər. 1974-1975-ci illərdə Belarus SSR, 1948-1949-cu və 1984-1985-ci illərdə isə Ukrayna SSR-də Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Ona görə də bu iki ölkənin vəziyyəti dəyişməyib, hər ikisi beynəlxalq hüquqa görə keçmiş dövlətin davamı statusu ilə BMT-nin üzvüdür. 1991-ci ildə müstəqillik elan edənə qədər onlar tam suveren dövlət deyildilər, yeganə fərq budur. Avstriyalı hüquqşünas Georg Jellinekə əsaslanan “Üç element nəzəriyyəsi”nə (torpaq-xalq-dövlət hakimiyyəti) uyğun olaraq, dövlət elementlərini daşıdığı üçün BMT Konvensiyasına düzəlişlər edilməmişdir.
Davamlı dövlət doktrinası baxımından Rusiya dövləti ,əslində, 1991-ci ildə yaranmayıb. Beynəlxalq hüquqa görə, onun tarixi 16-cı əsrin Çar dövrünə, Moskva knyazlığı və Kiyev hersoqluğuna qədər gedib çıxır. 1917-ci il Bolşevik İnqilabı ilə sonuncu çarın devrilməsindən sonra 1922-ci ildə qurulan Sovet İttifaqında suverenlik şübhəsiz Rusiyanın əlində olsa da, beynəlxalq hüquq baxımından bütün ölkəni yox, onun yalnız bir hissəsini təşkil edirdi.
Digər 14 respublikadan fərqli olaraq Rusiya müstəqilliyini elan etmədi, 1991-ci il dekabrın 21-də imzalanan Alma-Ata Bəyannaməsi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı və SSRİ-nin mövcudluğuna son qoyuldu. Bəyannaməni Rusiya, Belarus və Ukrayna ilə birlikdə səkkiz keçmiş respublika imzalayıb. Yeganə üzv Rusiya qaldı, SSRİ beləcə dağıldı. MDB üzvləri Rusiya Federasiyasının SSRİ-nin hüquq və səlahiyyətlərini öz üzərinə götürdüyünü təsdiq etdilər. Rusiya Sovet İttifaqından əvvəl mövcud olduğu üçün parçalanmış birliyin davamçısı hesab edilirdi.
BMT qarşısında heç bir qətnaməyə isə ehtiyac yox idi. O dövrün Rusiya lideri Boris Yeltsin BMT-nin baş katibinə məlumat vermişdi ki, SSRİ MDB-nin dəstəyi ilə Təhlükəsizlik Şurasında və BMT-nin digər orqanlarında üzvlüyünü davam etdirəcək. Üzv dövlətlərin heç biri, o cümlədən Ukrayna buna etiraz etmədi və
Ukrayna keçmiş Sovet Respublikasının davamı kimi mövcud olmaqda davam edir.
Bölünmüş dövlətin böyük hissəsinin beynəlxalq səviyyədə tanınması baxımından Rusiyanın mövqeyi yeganə nümunə deyil. Buna misal olaraq, 1961-ci ildə Birləşmiş Ərəb Respublikası dağılanda, Misir dövləti həmin ənənəni davam etdirdi. Eyni vəziyyət 1969-cu ildə Sinqapur Malayziyadan ayrılanda, daha sonra isə 1992-ci ildə Serbiya ilə Monteneqro arasında qurulan ittifaq. Hansı ki, 2006-cı ildə bu ittifaq sona çatdığında, dövləti davam etdirən Serbiya olub. Ona görə də Rusiya kontekstində 30 ildir etirazsız davam edən statusu bu gün dəyişmək mümkünsüz görünür. Baxmayaraq ki, Rusiya təcavüzkar kimi BMT Nizamnaməsini pozur.
Tarix: 8-04-2022, 12:38