“Sənədləri imzalamaq istəyirik, bizə satqın deyəcəklər” - Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı maraqlı açıqlamalar verib.
"Qafqazinfo" erməni teleqram kanallarına xəbər verir ki, o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.
“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə Paşinyan bəyan edib.
Tarix: 14-09-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti