Blinken: ABŞ Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir


Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq.
 
Siam.az-ın xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter" hesabındakı paylaşımında qeyd edib.
 
“Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq və onu möhkəmləndirmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviq edilməsinə sadiqdir”, - deyə Blinken qeyd edib.Pravda.az
Tarix: 16-09-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti