Rəisi Ərdoğanla görüşdə də narahatlığını bildirdi: “Sərhədlərin dəyişilməsi yolverilməzdir”
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti İrahim Rəisi ŞƏT sammitinin keçirildiyi Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı regionda beynəlxalq, tarixi və geosiyasi sərhədlərdə istənilən dəyişikliyin yolverilməs olduğunu söyləyib. Rəisi deyib. Bu barədə məlumat İran Prezidentinin saytında yerləşdirilib. Rəisi Qafqazda baş verən proseslərə toxunaraq, Qarabağın işğaldan azad edilməsini alqışladığını bildirərək deyib: “Bizim regiondakı siyasətimizin əsasında ölkələrimizin talelərinin özləri tərəfindən həll olunmalı olması dayanır və onların milli suverenliyi ilə ərazi bütövlüyünə hörmət eləmək lazımdır”. Xəbər verdiyimiz kimi, Rəisi Putinlə görüşdə Qafqazda geosiyasi dəyişikliyin yolverilməz olduğunu demişdi. Sentyabrın 15-də İran İslam Respublikasının Ermənistandakı səfirliyi də İranın İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcəyini bəyan etmişdi. Hürr Tərcüman