Laçın dəhlizindən imtina, intihara bərabər qərar...


Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə "demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var. deyə qey edib.

Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, amma “Şərqi Zəngəzur” ifadəsini işlətdikdə, nəzərdə tutur ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var" - deyə bildirib. Vladivastok səfərindən qayıdandan sonra Ermənistanda artıq səngimiş mitinqlərə səbəb olmuş Azərbaycanala sülh müqaviləsi baradə Paşinyan verdiyi açıqlamasını və irəli sürülən ehtimalları təkzib etməyə məcbur olmuş və hətta Paşinyan Zəngəzur dəhlizinin dəhlis statusundan sosial şəbəkə vasitəsi ilə pulik şəkildə imtina etdi. Ermənistanın 12 sentyabrda başladığı geniş miqyaslı təxribatı ermənilərə olduqca baha başa gəldi, yüzlərlə əsgər, hərbi texnika itirdi. Ermənistan məhv edilmiş hərbi texnikikasının dəyəri az qala milyard dollara çatır.  Bir günlük müharibə kimi tarixə düşən bu döyüşdən Azərbaycan fakitiki olaraq Ermənistanla sərhəddə xeyli mövqeyini gücləndirdi, çoxlu strateji yüksəkliklərə nəzarəti ələ aldı. İndi isə Azərbaycan Ermənistanla sərhəd boyu "bufer zona" məsləsini gündəmə gətirib. Ermənistana Azərbaycanın sonuncu dərsi onu məğlub tərəf kimi bütün tələblərini yerinə yetirməyə məcbur hala salıb. Artıq son savaşdan sonra Ermənistan Avropaya, İrana, Rusiyaya bağladığı ümidlərini də itirdi. Təxribatlarının sayı və dərəcəsindən, təhrikçilərinin dəstəyindən asılı olmayaraq Ermənistan Azərbaycanın diqtəsindən çıxmaq ehtimalı olduqca azdır. Zəngəzur dəhliizinin elə bu statustda açılması gecikdirilə bilər, anacaq qarşısı alına bilməz. Digər hallara isə Azərbaycanın daha səmərəli və əhəmiyyətli planları var və hansıni həmin ehtiyat planların həyata keçirilməsi tam mümkün proses kimi artıq görünür. Erməni baş nazir Vladivastokda öz açıqlaması ilə Azərbaycanın Qərbi Zəngəzura hədəfləndiyini  və Ermənistanın buna qarşı çıxa biləcək imkanlarının olmaması faktiki etiraf edib. Təbii ki, Ermənistan tərəfi Qərbi Zəngəzur saxlamaq və perespektivdə belə bir problemin həlli üçün müxtəlif  üsul və variantlar düşünürlər. Sözsüz ki, Ermənistan Rusiyanın, İranın və bəzi Qərb ölkələrinin istəklərinin əleyhinə olaraq  Azərbaycanla məcburən sülh  müqaviləsi imzalamağa maraqlıdır və bununla indiki öz ərazi itkisinin qaşısını sülh müqaviləsinə əsasən Azərbaycanın hüquqi öhdəliyi ilə almağa çalışır. Ermənistan və Azərbaycan dövlət sərhəddində mütamadi atəşkəsin pozulması bir başa bununla əlaqəlidir.  Hal-hazır ki, vəziyyətdə Ermənistan öz bütövlüyünü saxlamaq hayında, Rusiya regionda mövcudluğunu qorumaq, İran isə Azərbaycanın hərbi-siyasi inkişafının qarşısını almaq hayındadır. Hər üç hal Azərbaycana qarşı yönəldiyindən bu üçlüyü, Rusiya və İranı Ermənistanın təbii müttəfiqi edir. Düzdür, Rusiya ilə vəziyyət müəyyən dərəcədə dəyişir, ancaq bu dəyişiliklər Azərbaycana münasibətdə əsaslı  mövqe dəyişiliyi hesab edilə bilməz. Ermənistan üçün Qərbi Zəngəzuru saxlamaq üçün "Sülh müqaviləsi"ndən sonra ikinci variant,  açılacaq Zəngəzur dəhlizinin statusuna bərabər olan Laçın dəhlizindən imtina etməkdir. Düzdür, Ermənistan üçün indiki şəraitdə Qərbi Zəngəzur məsələsi kontekstində və Paşinyan hakimiyyətinin qorunması üçün Laçın dəhlizindən imtina etmək mümkün deyil, bu intihara bərabər qərar olardı. Həm də Laçın dəhlizindən imtina məsələsi dünya erməniliyi  və beynəlxalq anti Azərbaycan və anti Türk qüvvələri üçün yeni fürsətlər yarada bilər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması geriyədönməz prosesdir. Təbii ki, "Sülh müqaviləsi"ndən və Laçın dəhlizinin statusuna bərabər Zəngəzur dəhlizinin açılışından sonra iki xalqın yaxınlaşması prosesi, diplomatik və iqtisadi əlaqələr güclənəcək. Sözsüz ki, erməni cəmiyyəti öz rifahının yaxşılaşmasını hiss edəcək. Qeyd edilənlər fonunda da Xankəndi və ətraf ərazilər Azərbaycan suverenliyinə inteqrasiya edəcək və həmin erməni əsilli Azərbaycan vətəndaşları üçün Laçın dəhlizi öz əvvəlki əhəmiyyətini, gərəkliyini itirəcək. Zəngəzur dəhlizin açılışından sonra Ermənistan   bu dəhlizin ticarət və tranzit imkanları fonunda böyük iqtisadi və maliyyə imkanlarının fərqində olacaq. Xankındi və ətraf ərazilərin, həmçinin  ermənilərin Azərbaycana inteqrasiyasından sonra böyük mənada siyasi və humanitar əhəmiyyətini itirən Laçın dəhlizi, Zəngəzur dəhlizinin iqtisadi imkanları və Ermənistanın Qərbi Zəngəzura suverenliyinin itirilməsi qorxusu erməniləri Laçın dəhlizindən  imtina etmək məcburiyyətinə salacaq ki, statusu ilə Laçın dəhlizinə bərabər Zəngəzur dəhlizinin statusu ləğv edilsin. Odur ki, yuxarıda qeyd etdiyim proseslərdən, müddətdən sonra Laçın dəhlizinin dəhliz statusunun ləğvi barədə gündəm mövzusu olacağı gözləniləndir. Regionumuzda mürəkkəb və maraqlı proseslər gözlənilir və son nəticənin hər bir dövlət, xalq öz üçün necə olacağı onların məqsədlərinə nə qədər israrlı olmasından asılı olacaq. Cənab Prezident İlham Əliyevin İrəvana, Qərbi Azərbaycana xalqımızın qayıdacağı barədə verdiyi açıqlamaları öz hədəflərimizə inanmla getdiyimizi dönməz edir. Azərbaycan cəmiyyətinin borcu isə hədəflərimizi unutmamaq, az da olsa hər birimiz müəyyən mənada siyasətçi olmaq və Bütöv Azərbaycan amalına xidmət etməliyik. Vüqar Dadaşov MCP SŞ-nın üzvü, hüquqşünas
Siam.az
Tarix: 18-09-2022, 08:54
Xəbəri paylaş





Xəbər lenti