Qarabağdakı Laçın Məsim Məmmədovun, Bakıdakı Laçın Aqil Nəzərlinin? - BELƏMİ OLACAQ?

Qarabağdakı Laçın Məsim Məmmədovun, Bakıdakı Laçın Aqil Nəzərlinin?
İlham Əliyev Məsim Məmmədovu prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edib. Bu, heç, bununla işimiz yox.
Ancaq cənab prezident bəyan edib ki, eyni zamanda, bu ərazilərə yeni idarəetmə metodu tətbiq edilməlidir və artıq tətbiq olunur.
Gələcəkdə bu yeni idarəetmə modeli ölkəmizin bütün digər bölgələrinə də tətbiq olunmalıdır. Deməli, bu həm böyük tikinti işidir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə işğaldan azad edilmiş rayonların deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”.
Belə anlaşılır ki, prezidentin xüsusi nümayəndəsi həm irimiqyaslı tikinti-quruculuq işlərinə, həm də yerli idarəçiliyi həyata keçirəcək. Ən maraqlısı odur ki, bu model Azərbaycanın bütün bölgələrinə tətbiq olunacaq. Sual olunur ki, onda icra başçılarının taleyi necə olacaq?
Sirr deyil ki, bizim icra başçılarının ucdantutma hamısı rüşvətxor və korrupsionerdir. Təbii ki, prezident bunu hər kəsdən daha yaxşı bilir. Böyük tikinti işləri isə böyük vəsait deməkdir. Görünür, İlham Əliyev oğru icra başçılarına böyük pul kütləsini etibar etmir. Ona görə də onları “prezidentin xüsusi nümayəndəsi” adı altında yeniləri ilə əvəz etmək istəyir.
Bu ehtimal nə dərəcədə doğrudur, birmənalı demək çətindir...
Ancaq mənim bildiyim odur ki, icra başçısı sistemi son dərəcə yaramaz bir sistemdir. Tam iflasa uğrayıb. Xalq icra başçılarına aşırı səviyyədə nifrət edir...

Elbəyi HƏSƏNLİ

Siam.az
Tarix: 28-03-2023, 17:39
Xəbəri paylaş





Xəbər lenti