“Azərbaycan İran gərginliyi həyəcan siqnalı çalınacaq səviyyədədir” - Metyu Brayza

“Azərbaycan İran gərginliyi həyəcan siqnalı çalınacaq səviyyədədir”
“Keçmişə baxanda indiki situasiya həyəcan siqnalı çalınacaq səviyyədə görünür. Azərbaycanla İran arasındakı hazırki gərginlik ciddidir”.

Siam.az bildirir ki, bunu Gununsesi.info-ya özəl açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Azərbaycan İran arasındakı son durumu şərh edərkən deyib.

Metyu Brayza deyir ki, İran sərhədə qoşun yığmaqla Azərbaycan xalqını qorxutmaq istəyir: “İran bununla demək istəyir ki, İkinci Qarabağ müharibəsindəki qələbənizdən ruhlanmayın”.

Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayətində İranın rolunun olması barədə iddialara gəlincə, amerikalı diplomat deyir ki, bu versiya təsdiqini taparsa, gərginlik artacaq: “İranın bu qəsdin arxasında olub-olmamasını deyə bilmərəm. Lakin bu təsdiqlənərsə, gərginlik dramatik şəkildə artacaq və son dərəcə ciddi təxribatlar olacaq”.

“İran təhlükəsinə qarşı ABŞ Azərbaycan üçün nə edə bilər” sualına Brayza belə cavab verib: “ABŞ hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni, ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti istəyərsə, İran təhlülkəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər”.
Tarix: 31-03-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti