NATO-nun HƏDƏFİ: Rusiya vasitəsilə Çini məhv etmək planı alınacaqmı? - ƏTRAFLI


“Ukraynada baş verənlər Şərqi Asiyada da təkrarlana bilər”. NATO Baş katibi Yens Stoltenberqin bu açıqlaması dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və təşvişə səbəb olub. Stoltenberq isə NATO-nun Çin və Rusiya arasında artan yaxınlaşmadan narahat olduqlarını dilə gətirib və prosesi izlədiklərini vurğulayıb. Bəs görəsən “Ukraynada baş verənlər Şərqi Asiyada da təkrarlana bilər” deməklə Stoltenberq nəyi nəzərdə tutur? Ümumiyyətlə, Ukraynadakı müharibənin Şərqi Asiyada baş vermək ehtimalı realdırmı? 
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyev dünyada yeni bir koalisiya formalaşdığını bildirib: “Rusiya-Çin-İran koalisiyası artıq mövcuddur. Bu baxımdan NATO-nun narahat olmasını normal qəbul etmək lazımdır. Çinin yer aldığı bir ittifaq möhkəm sütunlara malik olacaq. Amerikanın boşluqlarını artıq Çin doldurur. Şanxay Əməkdaşlıq Təşkilatını xatırlamaq kifayət edir. Artıq Çin Səudiyyəni də bura cəlb etməyə başlayıb. Düşünün ki, bununla neft sahəsində ikinci yerdə dayanan dövətə Çin öz rıçaqlarını keçirmək niyyətindədir. Amma proses bu cür davam etməyəcək. Çünki Rusiyanın genişlənmə siyasəti öz durğunluq dövrünü yaşayır. Odur ki, Rusiya vasitəsilə Çini sıradan çıxarmaq planın bir hissəsidir. Amma Çin bunun fərqindədir və tədbir görməyə başlayıb”.
Politoloqun sözlərinə görə, növbəti hədəf Çindir: “Amma Çini sanksiya ilə zəiflətməyi düşünmək planını “ağıl çatışmazlığ” adlandırmaq olar. Odur ki, Çini yeni və genişhəcmli bir konlfiktə daxil etməyə çalışacaqlar. Rəsmi Pekin üçün iki əsas kart var. Biri Tayvan, digəri isə Şimali Koreya kartıdır. Şimali Koreya son zamanlar bir neçə dəfə irihəcmli silahları, hətta nüvə başlıqlarını belə sınaqdan keçirib. Hazırda da belə təlimlərə davam edir. Bir dövlət isə iki məqsədə görə təlim keçirər. Ya ordunun silah arsenalının keyfiyyətini yoxlamaq, ya da müharibəyə hazırlaşmaq üçün… Şimali Koreya da bu səpkidə öz fəaliyyət istiqamətlərini genişləndirib”.
Tarix: 3-04-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti