Kiyev ABŞ-da məxfi məlumatların sızmasına görə planlarını dəyişib
Ukraynanın hərbi-siyasi komandanlığı Amerikanın məxfi sənədlərinin sızması ilə əlaqədar bəzi hərbi planlarında dəyişiklik edib.
Siam.az xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat verib.
Qeyd olunur ki, Pentaqonun son həftələrdə internetdə dərc olunan məxfi sənədləri narahatlıq doğurur.
Sənədlərin bəzilərində ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərinin telefon dinləmələri mövcuddur.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, sızmanın təsirini qiymətləndirmək üçün "idarələrarası səylərə" başlanılıb.
APA
Tarix: 10-04-2023, 11:34