Əli Əsədovun əmisi oğlunun da partiyası bağlandı

Əli Əsədovun əmisi oğlunun da partiyası bağlandı
Yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqindən sonra ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti fəaliyətini dayandırır.

Buna səbəb isə həmin partiyaların qanunun tələb etdiyi 5 min üzvü rəsmiləşdirə bilməməsidir.

SİAM.AZ gununsesi.info-ya istinadla xəbər verir ki, bu gün Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətini dayandırdığını bəyan edib.

1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov adlı şəxs sədrlik edirdi.

Qeyd edək ki, Sübut Əsədov Baş nazir Əli Əsədovun əmisi oğludur.
Tarix: 10-04-2023, 12:53
Xəbəri paylaş





Xəbər lenti